Digah qəsəbəsinin sakinləri Abdin Fərzəliyevdən şikayət edir-Video
Bu gün, 11:14
Yağış suları Abşeron rayonu, Digah qəsəbəsində də problemlərə yol açıb.
XALQ.AZ xəbər verir ki, zirzəmilərə, evlərə dolan su sakinləri çıxılmaz vəziyyətdə qoyub.
Sakinlər deyirlər ki, problemlə əlaqədar şagirdlər də məktəbə getməkdə çətinlik çəkirlər.
Onların sözlərinə görə, bir həftədir ki, bu vəziyyətdədirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsi mövcud deyil.
Dövlət Su Ehtiyyatları Agentliyinin sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası kanalizasiya sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqəsində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Qeyd edək ki,Abşeron rayon icra Hakimiyyətinin başçsı Abdin Fərzəliyevdir