PA-nın Vətəndaş Qəbulu Mərkəzinin işçisi məhkəmə qarşısında - Qarabağ əlili ona işgəncə verdirən Səmayə Əliyevaya xüsusi ittiham irəli sürüb
7-11-2024, 16:40
PA-nın Vətəndaş Qəbulu Mərkəzinin qəbula yaz(may)an əməkdaşı Səmayə
Əliyevanın son 2 ildə 1-ci dərəcəli Qarabağ əlilinin konstitusion qəbul
hüququna kobud qadağa qoymasından, hətta ona işgəncə verdirməsindən
media bilgi yayıb. Mərkəzin 39-cu otağında özbaşına, etikadan kənar
davranışı ilə xidmətdə olan bu şəxs qəbula yazmaq yerinə, qəbula qadağa
qoyur, 2022-ci ildə , ümumiyyətlə, heç bir “ali” məmurun qəbuluna
yazmayıb, 2023-cü ilin 30 mayında qazinin növbəsini “yandırıb”, növbədə
ondan sonrakı şəxsi otağına salıb. Etiraz edəndə isə əlaltıları 1-ci dərəcəli
əlilə yüngül xəsarət yetiriblər. 2024-cü ilin 8 fevralında Səmayə Əliyeva
işgəncəyə Prezidentin təhlükəsizlik xidmətinin, DİN-in Post- Patrul
Xidmətinin əməkdaşlarını da qoşub, təhlükəsizlik xidmətinin əməkdaşı 1-ci
dərəcəli, 68 yaşlı Qarabağ əlilinin altından stulu çəkib, çöldə postda duran
iki polis zorla əlili mərkəzdən uzaqlaşdırıblar. 05.07.2024-cü ildə 39-cu
otağa “təyinat alan” Qarabağ qazisinin heç 3-cü qatda liftdən düşməsinə
imkan verilməyib. Səmayə Əliyeva yenə “növbəni “yandırmaq” “xidmətini”
işə salıb. Bu yol əlili 1-ci qatdakı üstündə “psixoloq” yazılan 10-cu otağa
yönləndirib. Adını deməyən psixoloq da 1-ci dərəcəli Qarabağ əlilinə
psixoloji basqı yapıb, heç vaxt qəbul olunmayacağını bildirib.
1-ci dərəcəli Qarabağ əlili cinayətin olduğu yer üzrə Bakı şəhəri,
Nərimanov rayon məhkəməsinə Səmayə Əliyevanın xüsusi ittiham
qaydasında Cinayət Məcəlləsinin 148-ci maddəsi əsasında məsuliyyətə
alınmasına şikayət verib. İş hakim Vüsal Qurbanovun icraatındadır, hazırlıq
iclası 07.11.2024-cü ilə təyin olunub. Yataqda ağır xəstə yatan
xüsusinittihamçı Qarabağ qazisi CPM-in 51-2 maddəsi əsasında iclasın
videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə vəsatət verib. Ədalət
adına deyək ki, elə iclas günü- 07.11.2024-cü ildə məhkəmədən zəng edib,
görüntü ilə işə qoşacaqlarını deyiblər. Amma iclasın başlanma vaxtından 2
saat keçib, hələ də məhkəmədən səs-soraq yoxdur. Yəqin barəsində
şikayət verilən şəxs məhkəməyə də “yuxarıdan aşağı baxır”. Ölkənin ən
yuxarıda olan qanunu- Konstitusiya isə hamının qanun və məhkəmə
qarşısında bərabər olduğunu doğrulayır. Qarabağ əlili növbəti addım kimi
mülki icraat qaydasında şərəf və ləyaqətin müdafiəsi tələbi ilə PA-nın
Vətəndaş Qəbulu Mərkəzini məhkəməyə çəkmək fikrindədir. Qoy yataqdan
qalxsın!...
Məğrur Bədəlsoy
P.S. Yazı çapa gedərkən Nərimanov məhkəməsinin videokonfrans
əlaqə sistemi vasitəsilə barəsində şikayət verilən Səmayə
Əliyevanın iştirak etmədiyi hazırlıq iclasının qərarı ilə şikayətin
icraata qəbulundan imtina etdiyi bəlli oldu.