«Təfəkkür» Universitetində suları kim və nədən bulandırır?

30-09-2016, 00:07           
«Təfəkkür» Universitetində suları kim və nədən bulandırır?
Prorektor Rahim Hüseynov rektor Müşfiq Atakişyevin işinə əngəl törədir, onun normal fəaliyyət göstərməsinə mane olur 1992-ci ildən fəaliyyətə başlayan, Azərbaycan Kommersiya İnstitutunun hüquqi varisi olan Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində son dönəmlər yaşanan bir sıra olaylar həm tələb və müəllim heyətinin, həm də ictimaiyyətin ciddi narazılığına səbəb olur. Belə ki, əslən Salyan rayonundan olan “Təfəkkür” Universitetinin prorektoru, biologiya və təbiət elmləri kafedrasının müdiri Rahim Məmməd oğlu Hüseynovun işində yol verdiyi nöqsanlar nəticəsində adıçəkilən ali təhsil müəssisəsinin nüfuzunun xeyli zədələdiyini iddia edən məlumatlı şəxsin Haqqinsesi.com-la bölüşdüyü informasiyada deyilir ki, prorektor adıçəkilən təhsil ocağına şəxsi müəssisəsi kimi baxır. Rahim Hüseynovun “Təfəkkür” Universitetini sanki özünün «pulkəsən maşını»na çevirdiyini deyən mənbənin sözlərinə görə, iş o yerə çatıb ki, prorektor auditoriyada iştirak etməyən, müəllim üzü görməyən tələbələri belə, müxtəlif yollarla diplomla təmin edir: «Deyilənlərə görə, prorektor Rahim Hüseynov “Təfəkkür” Universitetində özünə məxsus qayda-qanun yaradıb. Məhz bu məqam isə adıçəkilən təhsil müəssisəsinin rektoru Müşfiq Atakişyevin işini xeyli çətinləşdirir. Bir sözlə, prorektor Rahim Hüseynov bir sıra əməllərilə rektorun işinə əngəllər törədir, onun normal fəaliyyət göstərməsinə mane olur. Bu isə onu deməyə əsas verir ki, prorektor nöqsanlı fəaliyyətilə, yol verdiyi neqativ hallarla “Təfəkkür” Universitetində suları bulandırır, ali təhsil ocağının adına xələl gətirir, onun gözdən düşməsinə səbəb olur». Bu arada, “Təfəkkür” Universitetində müəllimlərin əməkhaqlarının vaxtı-vaxtında ala bilmədiklərini vurğulayan məlumatlı şəxs bildirir ki, bunun əsas səbəbkarı məhz prorektor Rahim Hüseynovdur: «Deyilənlərə görə, bu və digər bir sıra önəmli məsələlərlə bağlı professor, iqtisad elmləri doktoru, “Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişyevə məlumat verildikdən sonra o, prorektor Rahim Hüseynovu danlayıb və bundan sonra tərəflər arasında soyuq küləklər əsməyə başlayıb. Elə həmin məsələdən sonra prorektor rektora savaş elan edib, onun barəsində bəzi kütləvi informasiya vasitələrinə əsassız məlumatlar ötürür. Deyilənlərə görə, bundan xəbər tutan rektor Rahim Hüseynovdan əməllərindən geri çəkilməsini, universitetdə yaratdığı probemləri aradan qaldırmasını tələb edib. Bildirilir ki, əgər belə davam edərsə, o zaman Müşfiq Atakişyev prorektorla yollarını ayırmaq məcburiyyətində qalacaq». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.