Şəhərsalma Komitəsi BUNLARI GÖRMÜRMÜ? - VİDEOFAKT

Dünən, 11:18           
Şəhərsalma Komitəsi BUNLARI GÖRMÜRMÜ? - VİDEOFAKT
“Badamdarda sürüşmə zonasında çatlar əmələ gəlib. Badamdarda sürüşmə. Badamdar qəsəbəsində sürüşmə zonaları açıqlandı. Badamdarda sürüşmə aktivliyi barədə açıqlama verildi. Badamdarda sürüşmə baş verdi yollar bağlandı”. Bu qeydlər hamımıza yaxşı tanışdır. Az qala hər il hər ay eşidirik, yaşayırıq bu halları. Amma nədənsə ölçü götürən yoxdur. Yenə tikinti, yenə qanunsuz məskunlaşma davam edir. Dağ başında ev tikmək arzusu sürüşmə zonasında təhlükəni daha da yaxın edir.

Ajans.az xəbər verir ki, hazırda Badamdarda sürətlə tikinti prosesi gedir. İlk olaraq ərazilər zəbt olunur, hündür olmayan cizgiyə bənzər hasar çəkilir, daha sonra isə torpaq sahəsinin 1 sotu kifayət qədər baha qiymətə satışa çıxarılır. Nə sirdirsə az müddət sonra bir çox ərazilərdə tikilən hündürmərtəbəli evlər rəsmi sənədləşdirilir də.

Gecə gündüz sürüşmə zonası, yüksək gərginlikli elektrik xətləri altında aparılan tikintiyə göz yumulur. Reallıq budur ki, gələcəkdə bu ərazilərdə baş verəcək hadisələr dövlət üçün əlavə problem, əlavə yük olacaq. İndidən bu məkanda gələcək üçün yeni problemin bünövrəsi qoyulur.

Yüksək gərginlikli xətlərin altında görülən işlər isə “Azərenerji” üçün də problemə çevrilir. Bir müddət sonra bu ərazilərdə sakinlərin köçürülməsi, evlərin sökülməsi müşkülə çevriləcək.
Sürətlə aparılan qanunsuz tikintilərə göz yuman kimdir? Dövlət Şəhərsalma və Arxitektura Komitəsi harda yatıb görəsən?













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.