Əlyazmalar İnstitutunun "əllənən" tenderləri - AMEA-da müəmmalı satınalmalar...

Dünən, 09:49           
Əlyazmalar İnstitutunun "əllənən" tenderləri - AMEA-da müəmmalı satınalmalar...
Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı tender qalmaqalları tükənmir.

Dəfələrlə AMEA ilə bağlı bu mövzular gündəmə gəlsə də, şəffaflıqla bağlı suallar açıq qalır.

Bu problemlər cari ildə də davam edib.

"Arqument.az"a verilən məlumata görə, AMEA-nın Əlyazmalar İnstitutu 2024-cü ilin avqust ayının 7-də "Maşın və avadanlıqlar" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 89.054 manat, qalibi isə "FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti olub (VÖEN: 1300234641).

İnstitutun şirkətlə əməkdaşlığı bundan sonra da davam edib.

Sentyabr ayının 18-də "Tikili və avadanlıqaların carı təmiri" lotu üzrə sifarişçi olduğu tenderdə də (28.212 manat) İnstitut sözügedən təşkilatı qalib elan edib.

Əlyazmalar İnstitutunun ümumilikdə 120.000 manata yaxın smetası olan satınalmada qalib elan etdiyi "FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY" MMC-nin maddi-texniki bazası, müvafiq lisenziyaları, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

"FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY" MMC əvvəllər Şəhərgan MMC kimi fəaliyyət göstərib.

Şirkət Şəhərgah MMC kimi fəaliyyət göstərərkən adı dəfələrlə dövlət satınalmalarında "otkad" əməliyyatlarında hallanıb.

Ehtimal edilir ki, şirkətin adını dəyişməsinə səbəb də bu məsələdir.

Əlyazmalar İnstitutunun şübhəli satınalmaları bununla yekunlaşmır. İnstitutun cari ilin sentyabr ayının 4-də "Yumuşaq inventar, yataq ləvazimatlarının alınması" lotu üzrə daha bir satınalmaya yekun vurub.

Bu satınalmada "Samares LM" Məhdud Məsluliyyətli Cəmiyyəti qalib edilib.

Bu təşkilatın da adl "otkad" əməliyyatlarında çəkilir.

"Samares LM" MMC 2024-cü ilin mart ayının 11-də dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, İlqar Həbibov küç. ev 10, mən 149 ünvanı, şirkətin qanuni təmsilçisi isə Çarçarov Elnur Rafiq oğludur.

Bu ünvanda çoxsaylı şirkətlər təsis edilib. Həmçinin Çarçarov Elnur Rafiq oğlunun da adına xeyli sayda MMC-lər təsis edilib:

"Asrol LL 2024” MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu;
"Yulas SM” MMC (VÖEN: 1506753531) – Çarçarov Elnur Rafiq oğlu;
"Safmeren LN 2024” MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu;
"Zanbar RR” MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu;
"Samares LM” MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu.

Fəaliyyət profilləri, faktiki ünvanları, lizenziyaları, maddi-texniki bazası olmayan bu təşkilatların satınalamalarda neqativ proseslərdə iştirak etdiyi bildirilir.

AMEA və Əlyazmalar İnstitutundan satınalma ilə bağlı suallara cavab almaq mümkün olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.