Xaçmaz sakinləri köhnə və indiki başçıları haqqında görün, NƏLƏR DEDİLƏR... - "ƏSAS ODUR... PUL YESİNLƏR..."

3-01-2025, 12:16           
Xaçmaz sakinləri köhnə və indiki başçıları haqqında görün, NƏLƏR DEDİLƏR... -
Son günlər Xaçmaz rayonunda yerli sakinlərin artan narazılıqları sosial şəbəkələrə də ciddi şəkildə yansımaqdadır. "DİA-AZ" olaraq heç bir nöqtəsinə-vergülünə toxunmadan... sözügedən rayon sakinlərinin keçmiş və indiki başçılar - Şəmsəddin Xanbabayev və Elnur Rzayev barəsində söylədiklərini olduğu kimi təqdim edirik.

Beləliklə...

***

✅ Perviz Salmanov:
Gül qoyma mərasimi idi bir zamanlar Şəmsəddinin yanında fırlananalar Şəmsəddinə yaxın da durmadılar. Yəniki sabah indiki icra getsin olar yenə eyni olacaqlar . Əqidə gözəl şeydi insanda...

✅ Terlan Poladov:
Xudatda da, yol kənarı səkilərə metlax vurulur amma çox səliqəsiz görünür baxsan elə bilərsən 10 il qabaq salıblar səkiləri...

✅ Meherrem Abasov:
Yolun açılması şəhərdə yaranan avtomobil sıxlığı insanların təhlükəsizliyi ilə əlaqədar müraciətlər nəzərə alınıb
Hər problemə görə ziyalıları günahlandırmaq düzgün deyil.Xacmaz burada yaşayan insanlarindir....

✅ Алик Агасиев:
Əsas odu pul yeyilsin...

✅ Suzanna Kichibekova:
burda şerh yazanlarin heç birinin ne Xanbabayev kimi şekildeki obyekti var ne de Rzayev kimi maşini...

✅ Adil Zakiyev:
Rayonda görülən abadlıq işlərini obyektiv qiymətləndirmək lazımdır. Xanbabayevin vaxtında rayonumuza büdcədən dotasiya ayrılırdı, indi ayrılmır. Həmin vəsaiti Xanbabayev 50-50--yə prinsipi ilə xərcləyirdi. Mənimsədiyini ört-basdır etmək üçün bələdiyyələrin büdcəsinə əl atırdı, iş adamlarını onlara torpaq satmaqla cəlb edirdi. Bələdiyyəl mülkiyyətində olan torpaqların alqı-satqısı onun təyin etdiyi qaydalarla aparilirdi və s. Düzdür, müəyyən işlər görürdü, amma hər yerdə öncə şəxsi marağını təmin edirdi. Yeni yol tikilirdisə, bitişik sahələr satışa çıxarılırdı. Bakı-Xaçmaz-Xudat yolu kənarındakı obyektləri əvvəlcə qanunsuz deyib sökdürdü, sonra tək öz sərəncamı ilə yenidən, ancaq baha qiymətə əvvəlki sahiblərinə satdı. Ona haqq qazandırmaq olmaz! Yeni başçı Zəfər Parkini Etibar Pirverdiyevin əlindən alıb əhalinin istifadəsinə verdi, zibilxananı şəhərdən uzaqlaşdırdı, yolların kənarında yaşıllıq salmaqla oraların satılmasına son qoydu, şəhərdə sərnişin daşınmasını təşkil etdi. Onun təşəbbüsü ilə tikinti şirkətləri Xaçmaza investisiyalar qoymağa, çoxmənzilli binalar tikməyə başlayıblar. Qaldı onun şəxsi maşınına, o, Xaçmaza bahalı maşınla gəlmişdi. Gördüyü İşlər, həll etdiyi məsələlər illərlə yığılıb qalmış və ictimaiyyəti narahat edən məsələlərdir.Ona dəstək olmaq, işlərinə kölgə salmamaq lazımdır.

✅ Aziz Qocayev yuxarıdakı şərhə cavab olaraq:
"Адил Закиев", tesebbusu ile coxmenzilli binalar? havayi icaze verildli o binalarin tikintisine? sen birde onu obyekt tikenlerden sorus.hec kim kolge salmir. basdanda yazmisdimki yolun acilmasi alqislanmalidi. men yaxsini demeyi bacariram amma yaltaqliq menniy deyil. piside demek o deyilki kolge saliriq/ cixin bu zehniyetden,neceki Semseddini rahat tenqid edirsen Elnur gedenden sonrada onu bele tenqid edeceksen/ amma indi teriflemeyin cox yersizdi xacmazda problemler coxdu ve 5 ilden artiq rayona rehberlik eden sexs bunlari hell elemeli idi...

✅ Rafiq Muradov:
Onu deyimki Şəmsəddin kişi pulda yesə Xaçmaz üçün çox abadlıq işlərı gördürdü. Eşitdiyimə görə işdən gedən vaxt cibində 400 nəfər komoxoz işçilərinin kartı olub. O ki qaldı yol məsələsinə şəhərin baş planı olmalıdı planda göstərilməlidi yollar hardan keçməlidi parklar üçün ne qədər yer ayrılmalıdi. Gələn Başçida baş plana uyğun qərar verməlidi...

✅ Mubariz Askerov:
Dövlətin pulu bunlarln ideyalarlna xərclənir yadlma o olmasln bu olsun filminden oxu oxuma epizodu duşdu biri pulu xərcləyir yolu baqlaylr biri gəlir aclr biri arka tikir biri sökur Xaçmazda o qeder şehid aileleri, veteranlar var bu pula onlarln ehtiyacı var...

✅ Roma Azəri:
Şərhlərdən bəllidir bu yaltaq komünistlər. Bunlar ölməyincə gənclərə yaxşı heç nə yoxdur. Bunlar o qara zəhərlərinidə gənclərə ötürürlər. Sovet vaxtı hər şeyə əl çalan komünistlər bu gün də eynisini edirlər. Yaltaqlıq qanlarına işləyib. İnsanlar,problemlər bunların vecinə deyil. Əsas odur ilahi şahları var. Və ona əl çalirlar,qabaqinda əyilirlər. Onlar da əqidə olmur. Nə yaxşı ki savadlı,aydın, sözünü deyə bilən azad düşüncəli gənclərimiz azda olsa yetişir. Əziz gənclər gələcək sizlərin əlindədir. Bu komunistlərdən ölkəni qurtarmaq sizlərin işidir...

✅ Farida Melikmemmedova:
Şəxsiyyətlər muzeyi uyğunsuz yerdə təşkil edildiyinə görə bu günki gündə sökülüb yolun açılması lazım bilindi...

***

DAVAMI OLACAQ...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.