Qəbələ Rsyon Mərkəzi Xəstəxanasında şəhid anasına edilən hörmətsizlik - İTTİHAM

Dünən, 10:10           
Qəbələ Rsyon Mərkəzi Xəstəxanasında şəhid anasına edilən hörmətsizlik - İTTİHAM
Qəbələ rayonu Kiçik Əmili kənd sakini Şəhid anası Bayramova Dilbər Ağaşirin qızı tərəfindən

MÜRACİƏT

Mən Şəhid anası olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova müraciət edirəm.
Xahiş edirəm şikayətimi obyektiv araşdırıb bizi təhqqir edib alçaldan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini həkim Fikrət Cəfərovun barəsində qanunu tədbirlər görəsiniz.
23 dekabr 2024-cü il tarixdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının terapeya şöbısində stasionar müalicə olunuram. Oğlum İntiqam əşyalarımı gətirəndə avtomobilini xəstəxananın həyətində saxlayıb ki, aparmaq asan olsun. Bunu görən həkim Fikrət Cəfərov oğlumu acılayıb üstünə qışqırıb ki, avtomobili orada saxlamaq olmaz. Oğlum İntiqam ona izah edib ki, müalicə olunan xəstə anamın yanına əşyalarını gətirmişəm tez təhvil verib gedirəm. Həkim Fikrət Cəfərov səsin başına atıb səs-küy yaradıb. Sonra mən ona irad bildirdikdə “şəhid anası olmursan nə olursan ol orada maşın saxlamaq olmaz” deyə yüksək səslə bizi təhdid etdi.Mən həkim Fikrət Cəfərovun belə həyasızlığına görə sanki şoka düşdüm.
Qeyd edim ki, oğlum İntiqam 4 ikldir ki, mühafizə polisində işləyirdi və Qəbələ Rayon Mərkəzi Xəstəxanasında xidmətə çıxırdı. Bir neçə dəqiqəlik avtomobili ərazidə saxladığı üçün həkim Fikrət Cəfərov bizi təhdit etdiyi bəs deyilmiş kimi oğlum İntiqamı xəstəxanadan işdən uzaqlaşdırdı.
Mən bunu şəhid ruhuna təhqir, hörmətsizlik və ədəbsizlik hesab edirəm.Oğlum İntiqamın avtomobili bir neçə dəqiqə orada dayanmaqla dünya dağılmayacaydı və burada heç bir qanun pozuntusuda yoxdur. Sadəcə direktor müavini Fikrət Cəfərov özünü kollektivə və camaata göstərmək üçün belə bir kobud hərəkətlər etdi.
Mənim övaldım Coşqun Ənvər oğlu Bayramov Vətən müharibəsində torpaqlarımızlın azadlığı uğurunda canından keçdi ki, Fikrət Cəfərov kimi yaramaz özünə var dövlət toplayıb rahat yaşasın, Şəhid ailəsini təhqqir etsin, xidmətdən kənarlaşdırsın ?
Belə bir qanunsuzluqla üzləşsəmdə ümidimi üzməmişəm ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli Prezidenti və Mehriban Əliyeva kimi mərhəmətli birinci xanımı var. Siz daima Şəhid ailələrinə diqqət və qayğı göstərirsiniz. İnanıram ki, bu müraciətimi obyektiv araşdırıb lazımı tədbirlər görəcəksiniz.
Hər bir həkim və ya hər hansı dövlət qulluqçusu etik davranış kodeksinə riayət etməklə vətəndaşlarla mehriban davranmalıdır.
Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanovdan xahiş edirəm şikayətimi obyektiv araşdırıb Şəhid ailəsi ilə kobud rəftar edib təhqir etdiyi üçün Qəbələ Rsyon Mərkəzi Xəstəxanasının direktorunun müavini həkim Fikrət Cəfərovun barəsində qanunu tədbirlər görəsiniz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.