`Azercell`də işlənmiş nömrəni təzə adı ilə sırıyırlar... - ETİRAZ
Dünən, 12:27
" "Azercell"dən yeni nömrə aldım, amma GetContact-da başqasının adına etikətlər çıxır". "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Məlum olur ki, nömrə əvvəllər başqa birinə məxsus olub.
Problemi bildirdikdə isə ‘bizlik deyil’ cavabı aldım.
Bu, Azercell-in məsuliyyətsizliyidir. Müştərilərinə belə bir problemi necə təqdim edə bilərlər?"