Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... KİMİNDİR?
27-01-2025, 16:39
Xəbər verdiyimiz kimi, burun çəpərinə görə “Mərcan Medicare” klinikasında Sənan Mehdiyev tərəfindən əməliyyat olunan 31 yaşlı Nəzrin Mansurova vəfat edib.
Nəzrin Mansurovanın ölümü ilə bağlı cərrah Sənan Mehdiyev məhkəmə qərarı ilə həbs olunub.
Bu məsələdə klinika da məsuliyyət daşıyırmı?
Məlumdur ki, əməliyyatı tək cərrah tərəfindən həyata keçirilmir. Əməliyyata qədər pasiyentdən xüsusi tibbi analizləridən keçirilməli və yoxlanılmalı, anestezioloq tərəfindən əməliyyata hazırlıq işləri görülür. Həmçinin baş həkimin rəyi ilə əməliyyat həyata keçirilir. Əməliyyat prosesində əsas iş icracısı isə cərrahdır.
“Mərcan Medicare” klinikasında isə ilk dəfə deyil ki, ölüm hadisəsi ilə gündəmə gəlirdi.
2024-ci ilin dekabrında bloqer Nərmin Bəylər qızı İsgəndərovanın ölüm xəbəri yayıldı. Nərmin İskəndərovada Mərcan klinikasında plastik əməliyyatdan sonra vəfat edib. Əməliyyatı Nurlan Həsənli həyata keçirdiyi bildirildi. ” Mərcan klinikasında həkimə 5 min manat pul ödənilib. Əməliyyatdan sonra halı pisləşdi, həkimlə əlaqə saxlayıb. O isə boyun olmayıb və başqa klinikaya yollayıb. Orada isə günü 180 manat istəyiblər. Pulu olmadığı üçün evdə müalicə edib. Dərman almağa gedəndə yolda rəhmətə gedib qalıb”deyə Nərmin İskəndərovanın anası açıqlamasında bilidirb.
Lakin “Mərcan Medicare” klinikasının baş həkimi Araz Ağayev bildirib ki, əməliyyatı cərrah Oruc Məmmədov icra edib, Nurlan Həsənli onun köməkçisidir . Üstəlik, Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərib.
Araşdırmalarımız nəticəsində həmçini məlum olmuşdur ki, “Baş vermiş ölüm faktı ilə bağlı araşdırmanı hüquq-mühafizə orqanları aparırlar. O ki, qaldı Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin özəl klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsinə, bu məsələ ilə əlaqədar “Mərcan Medicare” klinikasında plandankənar yoxlama aparılıb. Nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
Hüquqşunas məsələ ilə bağlı bildirib ki, son günlərdə bu mövzu gündəmdədir. Ümumiyyətlə, həkim səhvləri ilə bağlı vətəndaşların ağır nəticələr keçirməsi, hətta ölümə səbəb olması hadisələri baş verib. Bu tip işlərdə son nəticənin verilməsi üçün vacib olan məsələ keçirilmiş ekspertizanın rəyidir. Yəni, istintaq dövründə ekspertiza keçirilir və rəy verilir. Hadisədə həkimin səhvi, səhlənkarlığı yer alırsa, bu zaman əlbəttə ki, onu cinayət məsuliyyətinə cəlb olunması mümkündür.Hüquqşünasın sözlərinə görə, klinika bu tip işlərdə yalnız mülki məsuliyyət daşıyır. Yəni, dəymiş maddi-mənəvi ziyanla bağlı klinikaya iddia qaldırılması mümkündür.“Ölüm hadisəsi baş veribsə, ekspertizanın keçirilməsində məqsəd ölümün nəticəsini, səbəbini müəyyən etmək məqsədilə aparılır. Əgər cinayət işi ilə bağlı hissədə həmin həkim təqsirkar hesab edilərsə, ona cəza verilərsə, belə olan təqdirdə zərərçəkmiş şəxsin hüquqi varisi klinikaya qarşı da maddi və mənəvi ziyanın ödənilməsilə bağlı iddia qaldıra bilər”.
Bu faciələrin baş verdiyi klinikanın baş həkimi Anestezioloq- Reanimatoloq Araz Ağayevdir.
Klinika isə keçmiş spiker Oqtay Əsədovun qızı Nərmin Əsədovaya məxsus olduğu iddia olunur.
Bu barədə nə Araz Ağayevdən nə də ki, Oqtay Əsədovla əlaqə yaratmaq mümkün olmadı.
Məlumdur ki, bu hadisələrdə hüquq-mühafizə orqanları ciddi araşdırma apararaq bu faciələr bir daha təkralanması üçün lazımi tədbirlər görüləcək.
/Xalq.az