QİYMƏTLƏRİ BİR AYDA İKİ DƏFƏ QALDIRIBLAR" - Maşın alverçiləri "Meyvəli” gömrük terminalının fəaliyyətindən narazılıq edirlər

27-03-2025, 11:44           
QİYMƏTLƏRİ BİR AYDA İKİ DƏFƏ QALDIRIBLAR" - Maşın alverçiləri "Meyvəli” gömrük terminalının fəaliyyətindən narazılıq edirlər
Bir qrup sahibkar tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən şikayətçilər Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq edirlər. Onların müraciətini olduğu kimi dərc edirik:

“Biz, heç kəsə möhtac olmaq istəməyən vətəndaşlar olaraq, çörəyimizi qazanmağa, ailəmizi dolandırmağa çalışırıq. Maşın alveri ilə məşğul oluruq. Lakin bildirmək istəyirik ki, "Meyvəli” gömrük terminalı günü-gündən qiymətləri qaldırır. Bir ayda heç bir səbəb olmadan iki dəfə qiymət artımı ediblər.

Biz milyon qazanmırıq. Bizim də ehtiyacımız var, bəzən ziyanla da işləyirik. Bu qədər qiymət artımı olmasına baxmayaraq, gömrükçülərin rəftarı da həddindən artıq kobuddur. Xidmət səviyyəsi isə sıfırdır. Həm pul veririk, həm də bizi borclu çıxarırlar. 10-15 dəqiqədə həll olunası məsələni saatlarla uzadırlar. Bu qədər də olmaz axı? Bu ölkə tək rüşvətxorlardan ibarət deyil. Bu ölkədə qanun-qayda var.

Harınlamış məmurlar “yuxarı” yığılıblar, aşağı təbəqədə olan insanları ayaqları ilə əzirlər.

Xahiş edirik, “Meyvəli” gömrük terminalı nəzarətə alınsın. Elə bir kobudluq edirlər ki, sanki onları orada məcbur işlədirlər. Hələ bir minnət də edirlər. “Hara istəyirsən şikayət et, kim baxacaq sənin şikayətinə?!”, - deyirlər. Bir sözlə, bizi işimizdən soyudublar”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.