HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...

Bu gün, 10:43           
HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
"Hər beşinci gün UNEC nəzdində Sosial-İqtisadi Kollecinin əməkdaşlarını təccübləndirən bir hadisə olur. Gah direktorun qanunsuz əməlinə və tələbinə etiraz edən Baş Mühasiblə dava-dalaş və sonda özünün döyülməsi, gah qanunsuz əməllərinin izini itirən ultrabənövşəyi şualar güya güzgüyə düşüb oradan da əhəmiyyətli sənədləri yandırır, gah tyutorların otağına girib qadınların üstünə qışqıraraq onları "tırkalara getməmələri" ilə hədələyir". "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində oranın müəllimi, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı qeyd edib.
O daha sonra bunları əlavə edib: "Sonuncu beşinci gün də direktor Şəhriyar Laçınovun qanunazidd əməllərindən şikayət verən müəllimlərə və əməkdaşlara xəbər veriblər ki, UNEC-dən Prorektor gələcək və şikayətlərdə yer alan məsələlərlə bağlı araşdırma davam edəcək, gözləyin. Məsələnin yalan, direktor tərəfindən qurama bir iş olduğunu bilə bilə müəllimlərini aldatması isə heç yaxşı iş deyildir. Kollecin xanım direktor müavini isə gərək belə məsələlərə qarışmayaydı.
Bu azmış kimi saat 15-00-da, 202-ci otağa şikayətçi müəllimləri dəvət edirlər və məlum olur ki, otaqda UNEC-dən heç kim yoxdur, şikayətçilərə sadəcə "tor qurublar". Direktor onları otağa çağıraraq telefonlarını almaq istəyib və videokamera çəkilişi ilə niyə şikayət verdiklərini, şikayət ərizəsində “yazılanlardan xəbərlərinin olmadıqlarını” bildirən bir “etiraf” ərizəsi yazıb imzalamalarını tələb edib. (bu məsələdə isə niyyəti ya məni, ya da qeybdən bir yəqin ki, "alternativ qüvvə” icad edib günahı özündən uzaqlaşdırmaq" istəyib. Şikayətçi müəllimlər də heç nə yazmayaraq belə davranışa etiraz ediblər və otaqdan çıxıblar.
Güman ki, direktor ali təhsilli, təcürbəli müəllimləri Abdolbari Baran Gözəlin “Azərsun” sirkətinin əməkdaşları ilə və yaxud "Corc Vaşinqto"nun təlimatçılarl ilə qarışdırıb. Odur ki, kollecimizin müəllimləri, hazırlaşın,hər gün yeni bir “hoqqa”nın şahidi olacaqsınız... Dəqiq bilirəm..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.