Hacı İbrahim Nehrəmli necə yalan danışır... - İntihar iddiası ilə bağlı ŞOK FAKTLAR
22-06-2015, 20:00
Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynının meyitinin asılmış vəziyyətdə tapılması böyük rezonansa nədən olub. Bildirək ki, mərhumun özünü öldürmədiyini, öldürüldüyünü iddia edənlər də var. Hətta bəzi KİV-lər mərhum Məzahir Cəfərovun külli miqdarda borcunun olduğunu da iddia edirlər.
Amma bu olaya reaksiya verən Nazim İbrahimovun qardaşı, bu günlərdə həbsdən azad olunmuş "Avesta" konserninin prezidenti Hacı İbrahim Nehrəmli mərhumun kiməsə borcunun olmadığını, onun psixoloji problemlər keçirdiyini söylədi.
Bununla bağlı DİA.AZ-a danışan mənbə isə tamam əks fikirlər söyləyir. Məlumatı verən qaynaq iddia edir ki, əslində mərhum Məzahir Cəfərovun intiharında borc məsələsi daha aktualdır.
Mənbənin söylədikləri: "Mərhumun ciddi borcu var idi və bu borcun əksəriyyəti də Hacı İbrahim Nehrəmliyə idi. Hacı İbrahim Nehrəmli də borcu olduğuna görə həbs olunmuşdu.
İndi ehtimal var ki, məhz öz canını xilas edə bilməsi üçün "Avesta" şefi mərhumu sıxırmış. Ona görə də, bu gün ona mərhumun borc üzündən özünü öldürməsi versiyası sərf etmir. Heç borca görə öldürülməsi versiyası da onun marağında deyil. Bu halda təkcə Hacı İbrahim Nehrəmli yox, elə onun komitə sədri olan qardaşı da istintaqa cəlb oluna bilər".
Onu da bildirək ki, bu olaydan sonra Hacı İbrahim tərəfindən aldadılan, əslən Qazax rayonundan olan iş adamı Elşad Məmmədov da konsern prezidentinin söylədiklərini inkar edib. dia.az-a açıqlamasında Elşad Məmmədov bildirib ki, onlar yüzlərlə adamı aldadıblar və bu gün də bu fırıldaq şəbəkəsinin əsas fiqurlarından olan Hacı İbrahimin bacanağı Emil Tağıyev kimiləri rahat-rahat gəzirlər...