Dövlət Kömrük Komitəsində yüksək çinli məmura məxsus evdə priton

22-06-2015, 21:42           
Dövlət Kömrük Komitəsində yüksək çinli məmura məxsus evdə priton
Son günlər ölkə mətbuatında pritonlarla bağlı tutarlı faktlar oxucuların ixtiyarına verilib. Bu günlərdə isə daha bir inanılmaz məlumat əldə etdik.

Belə ki, mənbənin Dosye.org-a verdiyi məlumata görə Nəsimi rayonu Süleyman Rəhimov küç. 46 saylı tam orta məktəbin ərazisində fahişəxana fəaliyyət göstərir. Məlumatın dəhşətli olduğunu nəzərə alıb bir neçə araşdırmalara üstünlük verdik. Nəhayət araşdırmalardan məlum oldu ki, qeyd edilən priton açıq-aşkar “müştəriləri” qəbul etmək iktidarındadır. Məktəbin direktoru ilə əlaqə yaratmağa çalışdıq. Əfsüslər olsun ki, cəhdlərimiz alınmadı.

Əməkdaşımızın verdiyi son məlumatlara görə fahişəxanada 15-ə yaxın orta yaşlı “xanım” gündəlik qazanc əldə etmək məqsədi ilə gənclərimizə “qulluq” edir. Obiyektin sahibi son vaxtlar həddini aşaraq məktəbə yaxın ərazini insan alverinin bazarına çevirib. İndicə mənbənin verdiyi məlumata görə pritonun sahibi Ədalət adlı şəxsdir. Obiyektin sahibi kimi tanınan Ədalətlə görüşüb məsələyə aydınlıq gətirmək istədik. Dəhşətlisi budur ki, tərbiyə ocağına yaxın faişəxananın fəaliyyəti heç bir aidiyyətli qurumu narahat etmir.

Mətləbə keçməzdən öncə nəzərinizə çatdıraq ki, bu tip pritonlar şəhərin mərkəzində çəkinmədən gənclərimizin ixtiyarına verilir. Məlum məsələdir ki, gələcəyimiz olan gənclərimiz gələcəkdə hansı problemlərlə qarşılaşacağını belə maraqlandırmır. Araşdırmalar davam etdiyi üçün bəzi məqamlara toxunmuruq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Polad İbadov

P.S. Məsələ ilə bağlı daha bir maraqlı məlumat əldə etdik. Pritonun sahibi kimi məqalədə göstərilən Ədalət adlı şəxslə telefon əlaqəsi yaratdıq. Araşdırmalardan məlum oldu ki, ev alqı-satqı ilə məşğul olan Ədalət pritona nəzarət edir. İnana bilməzdik ki, əxlaqsızlıq yuvası Dövlət Kömrük Komitəsində yüksək çinli məmura məxsusdur. Bu istiqamətdə araşdırmalarımız tam yekunlaşdıqdan sonra pritona havadarlıq edən məmurun kimliyi açıqlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.