Gömrüyün "boz kordinalı" üzə çıxdı - "Əzələ nümayiş"i başladı

23-06-2015, 16:11           
Gömrüyün "boz kordinalı" üzə çıxdı - "Əzələ nümayiş"i başladı
Bu gün Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə növbəti görüş keçirilib.

Komitədən verilən məlumata görə, DGK-nın sədri Aydın Əliyev iş adamları ilə ənənəvi görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edərək, bu ənənənin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

A. Əliyev Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı nəticəsində ölkəmizin regionda və bütün dünyada əhəmiyyətinin önəmli dərəcədə artmasından bəhs edərək bunda da özəl sektorun böyük rol oynadığını vurğulayıb.

Ötən görüşdən keçən müddət ərzində ölkədə baş verən iqtisadi proseslər, idxal ixrac əməliyyatlarının vəziyyəti barədə məlumat verən A. Əliyev görüşün məqsədinin bu sahədə sahibkarların fikirlərini öyrənmək, onları düşündürən məsələləri və yeni təklifləri dəyərləndirmək olduğunu bildirib.

Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edərək, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

Sonra görüşdə çıxış edən DGK sədrinin birinci müavini Səfər Mehdiyev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edildiyini, bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da rolunu yüksək dəyərləndirib.

S.Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı yarana biləcək hər hansı problemin qısa zaman kəsiyində həll edilməsi, bu istiqamətdə sahibkarlar tərəfindən irəli sürüləcək maraqlı təkliflərin dəyərləndirilərək ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.



Səfər MEHDİYEV

Görüşdə çıxış edən sahibkarlar ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində öhdələrinə düşən bütün vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər və müəyyən təkliflərlə çıxış ediblər.

Sonra iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

***

Onu da qeyd edək ki, son iki ay ərzində komitə sədrinin müavini, mətbuatda "gömrüyün boz kordinalı" kimi təqdim olunanSəfər Mehdiyevlə bağlı müxtəlif xəbərlər dolaşmağa başlayıb. Maraqlıdır ki, onun nazir Kəmaləddin Heydərovun (Gömrük Komitəsinin hələ də onun nəzarətində olduğu sirr deyil - red) rəhbərliyi altında keçirilən toplantıda kəskin danlandığı, hətta səlahiyyətlərinin qeyri-rəsmi alınması haqda da gömrükçülər arasında məlumatlar geniş yayılıb. Bununla bağlı Mia.az-da ciddi mənbələrə istinadən-

"Gömrükdə həbslərə start verildi – Generalların qarşıdurması qızışdı"-(http://www.mia.az/w120218/G%C3%B6mr%C3%BCkd%C9%99_h%C9%99bsl%C9%99r%C9%99_start_verildi_%E2%80%93_Generallar%C4%B1n_qar%C5%9F%C4%B1durmas%C4%B1_q%C4%B1z%C4%B1%C5%9Fd%C4%B1_-_%C3%96Z%C6%8FL/)

başlıqlı yazı da dərc olunub. Bu gün isə Səfər Mehdiyev sədr Aydın Əliyevlə qəbulda çıxış etməklə,həm cəmiyyətə, həm də onu devirmək istəyən gömrükdəki rəqiblərinə "tərs sillə" vurmuş oldu.

Bu və ya digər məqamlarla bağlı Mia.az-in geniş araşdırmasını yaxın günlərdə təqdim edəcəyəik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.