Cəbrayılın başçısı və qohumları prezidentə qarşı – MÜDHİŞ DETALLAR

24-06-2015, 21:51           

Cəbrayıl rayon icra başçısı prezidentə qarşı siyasət yürüdür. Mahmud Quliyev dövlətin məcburi köçkünlərə ayırdığı qayğı və diqqətin üstünə kölgə salmaqda davam edir.

TİA.AZ-ın məlumatına görə, icra başçısının bu addımları ölkə başçısının siyasətinə tamamilə ziddir. M.Quliyev isə cəbrayıllı köçkünləri narahat edən problemlərin həllinə maraq göstərmir. Onun özbaşınalıqlarından dosye hazırlanaraq Prezident Administrasiyasına göndərilib.
Son xəbərə görə, icra başçısının qohumları Saatlıda əhalinin istifadəsində olan otlaq sahələrini zəbt edib.
Dia.az yazıb ki, sakinlər həmin otlaq sahələrində mal-qaralarını otarıblar: "Amma indi bu mümkün deyil. Çünki Mahmud Quliyevin qardaşı uşaqları həmin əraziləri zəbt edib. Təkcə Dövlət Torpaq Fondunun 1000 hektar ərazisini ələ keçiriblər.
Bundan başqa Azadkənd kəndində əraziləri zəbt ediblər. Heç kim onlara bir söz deyə bilmir. Çünki arxalarında icra başçısı dayanır. Sakinlərə hədə-qorxu gəlirlər”.
Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə 10 min ailə yerləşdirilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər ay hər ailəyə 40 litr pulsuz yanacaq ayırsa da, Cəbrayıl Rayon İcra Hakimiyyəti həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verir.
Başçının tapşırığı ilə həyata keçirilən bu özbaşınalıq nəticəsində həm ailələr dövlətin ayırdığı yanacağı tam şəkildə almaqdan məhrum olurlar, həm də hər ay dövlətin 100 ton yanacağı silinmiş olur. Faktiki olaraq icra başçısı hər ay dövlətin Biləsuvardakı qaçqınlara ayırdığı yanacağın 100 tonunu yoxa çıxarır.
Prezidentə çatdırılan məlumatlarda Cəbrayıl Rayon İcra Hakimiyyətinə ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi məsələsinə toxunulub. Bildirilib ki, Biləsuvardakı şəhərcikdə yay aylarında cəmi bir uşaq bağçasının fəaliyyət göstərməsinə baxmayaraq, sənədlərdə ondan artıq uşaq bağçası göstərilir.
İcra başçısının ən məşhur biznes obyekti isə sözsüz ki, Binəqədi rayonunda yerləşən "Elmed" tibb mərkəzidir. Burda cərəyan edən xoşagəlməz hadisələr, vergidən yayınma halları və vətəndaşlara ödədikləri pulun müqabilində keyfiyyətli tibbi xidmət göstərilməməsi haqda çox danışılıb.
Lakin hansısa səbəblərə görə aidiyyəti dövlət qurumları, ələlxüsus da Səhiyyə Nazirliyinin nümayəndələri tibb mərkəzinin fəaliyyətini yoxlamırlar. Bundan istifadə edən mərkəzin direktoru, Mahmud Quliyevin qardaşı oğlu Ramil Quliyev isə qanunvericiliyin tələbini pozmaqla özbaşınalıq edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.