Mübariz Əhmədzadənin mebel biznesi

25-06-2015, 20:24           
Mübariz Əhmədzadənin mebel biznesi
Respublikamızın dilbər guşəsi olan Zaqatala rayonu, bu gün yerli icra orqanlarının fəaliyyətsizliyi nəticəsində sosial-iqtisadi tənəzzül dövrünü yaşamaqdadır. Rayondan aldığımız məlumatlarda vurğulanır ki, Mübariz Əhmədzadə bu rayona icra başçısı təyin olunandan sonra, zaqatalalıların sosial durumları, maddi vəziyyətləri daha da ağırlaşıb. Rayonda son illərdə təzə iş yerləri açılmamış və işsizlərin sayı xeyli artmışdır. Zaqataladan Rusiya Federasiyasına və digər xarici dovlətlərə işləmək üçün gedənlərin sayı isə xeyli artmışdır. Rayonda yenidənqurma, təmir-tikinti və abadlıq işləri ləng aparılır. Ölkə prezidentinin bu sahədə yürütdüyü siyasətə, verdiyi göstərişlərə zidd hərəkət edən rayonun icra başçısı ancaq ozünün şəxsi biznesini inkişaf etdirmək və şəxsi büdcəsini artırmaqla məşğuldur.Əldə etdiyimiz məlumatlara əsasən demək olar ki, regionların iqtisadi inkişafı proqramı çərcivəsində Zaqatala rayonunda çox cüzi işlər gorülüb. Mənələrin iddialarına görə, bu məqsədlə ayrılan külli miqdarda dövlət vəsaitləri rayon rəhbərliyi tərəfindən daha çox şəxsi maraqlar üçün istifadə edilir və xərclənir. Butün bunları maneəsiz həyata keçirə bilmək üçün isə, Mübriz Əhmədzadə rayonda əsas rəhbər vəzifələrə yaxın qohumlarını təyin edib. Digər tərəfdən isə, rayonda fəaliyyət göstərən fındıq qəbulu və istehsalı müəssisələrini də nəzarətə götürən başçı, eyni zamanda mebel istehsalı sahəsindəki biznesini də inkişaf etdirməklə gəlirlərini xeyli artıra bilmişdir. Məlum olduğu kimi, Mübariz Əhmədzadə hələ Qax rayonunda avtomobil dəstəsinin rəisi işlədiyi dövrdə, həmin rayondan deputat seçilmiş Azər Kərimli ilə şərikli mebel istehsalı biznesi qurub və həmin fəalliyyətini indi də davam etdirir. Onların Qax, Zaqatala rayonlarından başqa Xırdalan şəhərində və paytaxtın Biləcəri qəsəbəsində də mebel istehsalı ilə məşğul olan sexləri var. Həmin mebel sexlərində isə, mebel hazırlanmasında xammal kimi, Zaqatala və Qax rayonlarının ərazisindəki meşələrdən kəsilmiş qoz, şabalıd, palıd və cökə ağaclarından istifadə olunur. Şəxsi mənafeyləri üçün ağacları kəsən məmurlar, həmin rayonların təbiətinə, flora və faunasına külli miqdarda ziyan vururlar. Rayonun mövcud infrastrukturunu, iqtisadiyyatını dağıdan Mübariz Əhmədzadə, Zaqataladakı çayçılıq və fındıqçılıq kimi gəlirli sahələri inkişaf etdirmək əvəzinə, onları məhv edir. Belə ki, o, icra başçısı kimi fəaliyyətə başlayandan sonra, çayçılıq sovxozunda illərlə əkib-becərilən və tonlarla yüksək keyfiyyətli məhsul verən çay kollarını dağıdaraq, hektarlarla torpaq sahəsini ayrı-ayrı şəxslərə satıb. Belə bir əməliyyat rayonun 1 və 2 saylı fındıqçılıq sovxozlarında da həyata keçirilib. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, həmin sovxozlarda hektarlarla fındıq bağları dağıdılmış və boşaldılan torpaq sahələri isə imkanlı şəxslərə satılmışdır. Daha sonra mənbələr iddia edirlər ki, rayon büdcəsindən təmir-tikinti və abadlıq işlərinə ayrılan pullar da məqsədyönlü xərclənmir, külli-miqdarda mənimsəmələrə yol verilir. Demək olar ki, rayonun əksər kəndlərinə, o cümlədən Çobankol, Manirux, Qımır-Bazar, Mosul, Kəpənəkçi, Faldar, Qandax, Aşağı Cardaqlar, Masex və digər kəndlərə gedən yollar bərbad gündədir və təmir olunmalıdır. Rayon sakinlərinin bu problemlərlə bağlı şikayət və müraciətləri isə cavabsız qalır. Həmçinin rayonun mərkəzi prospekt və küçələrində də təmir və abadlıq işləri keyfiyyətsiz aparılır, bir çox hallarda isə, hətta yarımçıq qalır. teref.az vertikal.az istinadən xəbər verir ki,Zaqatala şəhərindən axan kiçik dağ çayları olan Silban, Kebeloba, Bəkməz, Tala çayları bu gün zibillə doludur. Bunun qarşısını almaq üçün müvafiq qurumlar iş görmürlər. Şəhərin küçələrindəki zibillər günlərlə daşınmır, antisanitariya baş alıb gedir. Şəhərin Azərbaycan prospektində, fındıq zavodunun yaxınlığındakı yaşayış massivində, S.Qocayev küçəsində, Azadlıq prospektində və digər ərazilərdə yerləşən ictimai ayaqyolları təmirsiz, uçuq-sökük, natəmiz və bərbad vəziyyətdədir. Çünki rayonun icra başçısı Zaqatala şəhərinin abadlığı, təmizliyi ilə maraqlanmadığı üçün aidiyyatı olan təşkilatlara vaxtlı-vaxtında müvafiq tapşırıqlar vermir. Əldə etdiyimiz məlumata görə Zaqatala şəhərinin girəcəyindəki körpünün alt tərəfində yerləşən və RİH məmurlarının gəlir mənbəyi olan bazarın müasir formada yenidən qurulmasına dəfələrlə vəsait ayrılıb. Lakin indiyə qədər bu ticarət obyektinin yenidən qurulmasıistiqamətindəbir addım belə atılmayıb. Ötən saylarımızda da qeyd olunmuşdu ki, bu gün respublikamızın bütün regionlarında aparılan yenidənqurma və abadlıq işləri, qəsəbə və kəndlərə qaz, su xəttlərinin çəkilməsi əhalinin sosial durumunun yüksəlməsinə və problemlərin həllinə güclü təkan verir. Ancaq bu gün Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyəti, bütün imkanları yalnız öz şəxsi biznesini inkişaf etdirməyə yönəltməsi, bu rayonun sosial-iqtisadi inkişafını şübhə altında qoyur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.