Zakir Fərəcov niyə toxunulmazdır?

27-03-2017, 23:35           
Zakir Fərəcov niyə toxunulmazdır?
“Sumqayıtda mənimsənilən milyonlar Bəylər Eyyubova çatır”

Realliq.info, Abşeron rayonunda icra başçısı işlədiyi illərdə Zakir Fərəc oğlu Fərəcovun qanunsuz fəaliyyətindən bəhs etmişdi. Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və adıçəkilən nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi general-mayor Akif Çovdarovla yaxın münasibətdə olan və cinayətkar şəbəkə yaradan şəxslərə milyonlarla dəyərində hədiyyələr bəxş edən icra başçısı dövlətin əmlakını talamaqla da diqqət çəkir. Cəzasızlıq mühitindən yararlanaraq istəklərini həyata keçirən məmurun cinayətkar şəbəkə ilə bağlılığını təsdiq edən faktlar redasiyamıza daxil olmaqdadır.
Ötən yazımızda qeyd etmişdik ki, icra başçısı Eldar Mahmudov və Akif Çovdarova Abşeron rayonu Pirşağı ərazisində 4 milyonluq furajkalı filla və hektarlarla torpaq sahələri bəxşiş edib. Həmin hədiyyələrdən sonra Zakir Fərəcovun kürəkəni Pərvin Əsədov Eldar mahmudovun əmri ilə MTN-nə işə qəbul olunur və birbaşa nazirliyin Qaradağ rayon şöbəsinə rəis təyin edilir. Pərvin Əsədovun Eldar-Akif cütlüyünün yaratdığı cinayətkar şəbəkə ilə yaxın münasibətdə olduğunu təsdiq edən faktları növbəti yazılarımızda diqqətinizə çatdıracağıq. Hazırda hədiyyələrdən sonra Zakir Fərəcovun adıçəkilən şəbəkənin “qoçu”ları tərəfindən mediaya və onun rəhbərlərinə çəkdiyi hücum və nəticədə zor gücü ilə istəyinə necə çatdığına diqqət edək.

Baş redaktorun etirafları

Realliq.info sytında, ölkə mediasında Fərəcovun Abşeronda həyata keçirdiyi qanunsuz fəaliyyətini ictimailəşdirən bir sayt rəhbərini MTN-nin işgəncə maşını sayılan Akif Çovdarovun əli ilə təzyiqlərə məruz qoyduğu qeyd edilmişdi. Araşdırmalarımız nəticəsində həmin sayt rəhbərinin kimliyini öyrənə bildik. Media kapitanı ilə söhbətimiz zamanı aydın oldu ki, o, Zakir Fərəcovun qanunsuz əməllərindən silsilə yazılar dərc edirmiş. Bir neçə yazıdan sonra Zakir Fərəcovun tapşırığı ilə jurnalisti keçmiş MTN-ə aparırlar. Orda onu Akif Çovdarovun qəbuluna gətirəndə məlum olur ki, tapşırıq Abşerondan gəlib və icra başçısı haqqında yazılar dayandırılmalıdır. Əks təqdirdə Akif Çovdarov, dostu Zakir Fərəcovdan yazan jurnalisti işgəncə üsullarına “qonaq” edəcək.
Media kapitanının bildirdiyinə görə Akif Çovdarov ona qəti sözünü deyir və tələbini irəli sürür: “Gedirsən dostum Zakir Fərəcovdan saytında gedən yazıları çıxarırsan və təkzib yazısı verirsən. Yoxsa burdan qurtuluşun yoxdur ”. Baş redaktor vəziyyətin ağır olduğunu və MTN cəlladının pullu dostuna görə hər şeyə hazır olduğunu görüb irəli sürülən şərtləri qəbul edir. Doğrudur saytda təkzib verilməsədə Çovdarovun dostunun Abşerondakı özbaşınalığından bəhs edən yazılar dayandırılır.
Jurnalistin öz xahişi ilə adını çəkmədik. Lakin Zakir Fərəcovun bu gün hər vəchlə keçmiş MTN –nin cinayətkar şəbəkəsi ilə işbirliyi və yaxınlıq münasibətlərini inkar etməsi həqiqətlərin gizlədilməsinə hesablanır. Sual oluna bilər- Zakir Fərəcov, Akif Çovdarov sizin qara olmayan gözünüzə görəmi jurnalisti hədələmiş və haqqınızdakı yazıların dayandırılmasını tələb etmişdi? Əlbəttə ki, yox. Akif Çovdarovla ən yaxın münasibətdə olan icra başçısının raallıqlarla üzləşmə zamanı gəlib və mahmudovçularla şərik etdiyi cinayət tərkibli əməllərin hesabını vermək lazım.
Zakir Fərəcovun MTN cinayətkar şəbəkəsinin əli ilə həyata keçirtdiyi qanunsuzluqlar təkcə bununla bitmir. Bu şəxs münasibəti gərgin olan sahibkarları da Akif Çovdarov vasitəsilə susdurmağı və müflis etməyi bacarıb.

Sumqayıt sahibkarlarına “Fərəcov bəlası”

Zakir Fərəcovun dediklərinə inansaq və mediada yazılanlara diqqət etsək görərik ki, bu şəxs Prezidentin Xüsusi Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubovla yaxın münasibətdədir. Bəylər Eyyubovun hakimiyyətdə böyük nüfuza malik olmasını qeyd etmək yersiz olar və hamıya məlumdur ki, hakimiyyətə sadiq bir şəxs olaraq onun sözü keçərlidir. Zakir Fərəcovun Abşeron rayonunda həyata keçirdiyi qanunsuz əməllər və Eldar-Akif cütlüyünün yaratdığı cinayətkar şəbəkəni maliyyələşdirməsi kimi faktların yaratdığı narazılıqlardan sonra hamı icra başçısını cəzalandırılacağını düşünmüşkən gözlənilməz hadisə baş verdi. Fərəcov, Sumqayıt kimi böyü bir şəhərə icra başçısı təyin olundu. Təbii ki, Bəylər Eyyubov kimi yaxını olan şəxsin qanunsuz əməlləri ölkə başçısından gizlədilməklə onu işlək və yüksək potensiala malik bir məmur kimi qələmə verdilər.
Sumqayıt şəhərinə icra başçısı təyin olunan andan şəhərin sahibkarlarına divan tutmağa başladı. İlk olaraq böyük marketlər şəbəkəısinin rəhbərlərinə tələbini göndərən icra başçısı yüksək məbləğdə “hörmət” etmələrini istədi. Şəhərdə “Ən Ucuz” marketlər şəbəkəsinin tikilməkdə olan yeni “Göyçay” ticarət mərkəzinin tiintisini dayandırdı. Bundan sonra həmin marketlər şəbəkəsinin “Əli 94” ticarət mərkəzinin sökülməsinə qərar verdi. “Ən Ucuz” marketlər şəbəkəsinin rəhbəri Vüqar Qələndərovun xahişlərinə baxmayaraq icra başçısı istəyini geri çevirmədi. Bunula da Zakir Fərəcovun əmri ilə tikinti işləri başladı və Əli-94 ticarət mərkəzi sökülmədi. Bundan sonra Vüqar Qələndərov icra başçısına 500 min manat rüşvət verdiyini və halal etmədiyini bildirərək narazılığını gizlətmədi.

Vüqar Qələndərovun ittihamlarına niyə cavab verilmədi?

Vüqar Qələndərovun Zakir Fərəcovu rüşvət almaqda ağır ittiham etməsi və verdiklərini zamanı gələndə geri alacağını açıq ifadə etməsindən sonra hamı Sumqayıtda “Ən Ucuz” ticarət mərkəzlərinin çökəcəyini və bağlanacağını düşünürdü. Lakin, mənim kimi bu cür düşünənlər yanılmışdı. Səbəb isə daha ciddi özbaşınalıqların varlığına bizi aparıb çıxartdı.
Xatırladım ki, Vüqar Qələndərov sahibi olduğu “Hiper” Ən Ucuz ticarət mərkəzindəki qazanca Zakir Fərəcovun qudası Akif Zeynallının oğlu Kənan Zeynallını şərik edib. Kənan Zeynallı həm də “Atabankın” Sumqayıt filialının rəhbəridir. Bir neçə ay öncə Respublikamızda manatın devalvasiyası baş verəndə Zakir Fərəcovun tapşırığı ilə Vüqar Qələndərov Kənan Zeynallının yardımı ilə “Atabank”dan milyonlarla vəsait çıxarıblar. Həmin devalvasiya zamanı bankdan çıxarılan pullar qara bazarda satılmış və yüz minlərlə gəlir əldə edilib. Zakir Fərəcovun bu tapşırığını yerinə-yetirən və oyununu quran Vüqar Qələndərov baş verən saxtakarlıq zamanı bir sıra sənədləri, eləcədə sübutları indi əlində saxlamaqla icra başçısını ittiham etməkdən çəkinmir. Zakir Fərəcov isə pul qazanmaq xətrinə icra başçısı, prezidentin səlahiyyətli nümayəndəsi kimi dəyərləri qurban verib. Aidiyyatı qurumlar bir neçə ay öncə bir gün ərzində Vüqar Qələndərov və Kənan Zeynallının “Atabank”dan çəkdiyi milyonlarla vəsaiti araşdırmaları vacibdir. Qısa müddətdə baş verən və banka qaytarılan vəsaitlərin hansı cinayətlərə səbəb olduğunu araşdırmaq bu Dövləti qoruyanların vəzifə borcudur.

“Sumqayıtda mənimsənilən milyonlar Bəylər Eyyubova çatır”

Sumqayıtda olduğumuz zaman bu deyimin dillər əzbərinə çevrildiyinin şahidi olduq. Şəhər sakinləri ilə söhbətimiz zamanı məlum oldu ki, icra başçısının qohumları sahibkarları və narazılıq edən digər vətəndaşları, Prezidentin Mühafizə Xidmətinin rəhbəri Bəylər Eyyubovun adı ilə hədələyirlər. Fərəcovların bildirdiyinə görə Sumqayıt meri toxunulmazdı və onu vəzifəyə gətirən Eyyubovdur. Ona görə icra başçısından olunan şikayətlər mənasızdır. “Sumqayıtda mənimsənilən milyonlar Bəylər Eyyubova çatır” – deyən Fərəcovların haqlı olub-olmadıqlarına münasibət bildirməkdə çətinlik çəksək də bir reallıq var – Zakir Fərəcovun qanunsuz əməllərinə hüquqi qiymət verən yoxdur. Sumqayıtı bərbad günə qoyan, milyonlarla Dövlət vəsaitini mənimsəyən, onlarla sahibkarın hüququnu pozan və s. kimi özbaşınalığı həyata keçirən icra başçısı vəzifəsindədir və eyni əməllərini davam etdirir.

Ardı var.

İlkin
Realliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.