Nazirlə bankirin savaşının TƏFƏRRÜATI

27-06-2015, 18:12           
Nazirlə bankirin savaşının TƏFƏRRÜATI
Beynəlxalq Bank ətrafında baş verənlərlə bağlı ilginc məlumatlar var.

istiqlal.az xəbər verir ki, Cahangir Hacıyevin hədəfə gəlməsi maliyyə naziri Samir Şərifovla onun arasında baş verən konfliktin təzahürüdür.
Uzun müddətdir ki, Beynəlxalq Banka tam nəzarəti ələ keçirmək istəyən Samir Şərifovun Cahangir Hacıyevlə bağlı yuxarı dairələrə hansısa faktlar təqdim etdiyi bildirilir.
Baş verənlər də əslində, bu faktların araşdırılmasıdır. Nəticədə isə Beynəlxalq Bankın kreditləri hesabına yaradılan və qeyri-neft sektoruna aid olan müəssisələrə ciddi zərbə dəyib.
Məlumat üçün deyək ki, Beynəlxalq Bankla bağlı "kredit qalmaqal"ı Cahangir Hacıyevin nəzarətində olan "Şəki İpək", "Bakfem",(fındıq emalı zavodu) "BOT" (bu müəssisə ayaqqabı istehsal edir), o cümlədən tütün istehsalı ilə məşğul olan müəssisələrin faktiki olaraq fəaliyyətinin dayandırılmasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru