Saatlıda təhsil adına rəzalət var - Nazirlik bunları bilirmi?

29-06-2015, 10:53           
Saatlıda təhsil adına rəzalət var - Nazirlik bunları bilirmi?
Saatlı rayon tәhsil şöbәsindә saxta ezamiyyә ilә büdcә pulları talanır. Rayon sakini Akif Quliyev tәrәfindәn “Gündәm­xәbәr” qәzetinә ünvanlanan mәktubda tәhsil şöbәsi müdirinin çıxardığı oyunlar, hәyata keçirdiyi maxinasiyalar, prezidentin siyasәtinә zidd әmәllәr ifşa edilib. A.Quliyev faktlarla Saatlı tәhsilindә nәlәr baş verdiyinin tәfsilatını yazıb. Onun qeydlәrindә bu fırıldaqların detalları açıqlanıb.

Belә ki, dövlәt büdcәsindәn müәyyәn mәqsәdlәr üçün ayrılmış vәsaitin tәyinatı üzrә xәrclәnmәmәsi maliyyә fırıldağı hesab olunur. Artıq bәzi idarә müdirlәri buna bir növ vәrdiş ediblәr. Tәәccüblüsü dә odur ki, dövlәt büdcәsinin fırıldaq yolu ilә talan edilmәsinin qarşısını almağa mәsul olan vәzifә sahiblәri buna hәlә dә göz yumurlar.

Görünür maliyyә fırıldaqlarına әl atan idarә müdirlәri dövlәt büdcәsindәn oğurladıqları vәsaitlәri tәk mәnimsәmirlәr. Belә möhtәkirlәr bu sahәyә nәzarәt edәn şәxslәrlә әlbirdirlәr.

Müәllif “Gündәm­xәbәr”­ә yazır ki, belә olmasaydı, Saatlı Rayon Tәhsil Şöbәsinin müdiri Şamil Nurәliyevin saxta ezamiyyә vә bәzi müәllimlәrә hәddindәn artıq dәrs yükü yazılmasına şәrait yaranmazdı:

“Qeyri­-pedaqoji tәhsillilәrin mәktәblәrdә müәllim kimi fәaliyyәt göstәrmәlәrinә icazә vermәsinin vә bu yolla dövlәt büdcәsindәn ayrılmış vәsaitin külli miqdarda mәnimsәnilmәsinin qarşısı alınardı. Tәәccüblüdür ki, yaxın zamanlarda Maliyyә Nazirliyinin Saatlıda yoxlama aparan büdcәyә nәzarәt üzrә yoxlama briqadası bu mәnimsәmәlәri nәdәnsә “görmәyib”. Belә maliyyә fırıldaqlarını görmәmәk isә müәyyәn şübhәlәrә gәtirib çıxarır”.

Faktlara diqqәt yetirәk: Rayonun Әlisoltanlı tam orta mәktәbinin müәllimi Fәrhad Muradovun adına 750 manat ezamiyyә pulu yazılıb. Halbuki, Fәrhad müәllim heç bir yerә ezam olunmayıb. Әgәr ezam olunsa da, 750 manat pul hansı әsaslarla hesablanıb?

Belә saxta ezamiyyәlәr Saatlı Tәhsil Şöbәsindә baş alıb gedir. Bәzәn elә olub ki, bir müәllim ildә iki­üç dәfә “ezamiyyәtә göndәrilib”. Rayonun Mәmmәdabad tam orta mәktәbinin ixtisasca rus dili müәlliminin adına 72 saat ingilis dili dәrsi yazması isә daha gülüncdür. Dünyanın heç bir ölkәsindә bir müәllimin adına 36 saatdan artıq dәrs yükü yazılması halına rast gәlinmәyib. Ancaq göründüyü kimi, Saatlı Tәhsil Şöbәsinin adı Ginnesin rekordlar kitabına yazılmalıdır. İxtisasca rus dili müәlliminә 72 saat ingilis dili dәrsi vermәk qeyri­adi “rekordur”.

Bir neçә ay әvvәl tәhsil şöbәsinin müdiri Şamil Nurәliyevlә baş mühasib İlqar arasında әlbәyaxa dava olub. Sәn demә, adına 750 manat ezamiyyә pulu yazılan Әlisoltanlı tam orta mәktәbinin müәllimi Fәrhad Muradov baş mühasib İlqarın qaynı imiş. Ona görә dә İlqar bu puldan yalnız 40 faizini Şamil Nurәliyevә verir. Şamil müәllim isә tәkid edir ki, bütün saxta ezamiyyәlәrin 80 faizi mәnә çatmalıdır. Çünki Tәhsil Nazirliyindәn vә Maliyyә Nazirliyindәn gәlәn qonaqları mәn yola salıram. Baş mühasib dә onun mәsuliyyәt daşıdığını vә gәlәn yoxlamaların yola salınmasında onun da xәrcinin çıxdığını deyib. Müdirlә baş mühasibin saxta ezamiyyәlәrdәn gәlәn pullar üstündәki dava–dalaşları onların yollarını ayırıb. Baş mühasib әlinә keçәni götürüb, bir müddәt yoxa çıxıb. Rayona qayıtdıqdan sonra işә gәlmәkdәn imtina edib. Deyib ki, axır bir gün bu saxta ezamiyyәlәrin üstü açılacaq. Çünki bu yolla dövlәt büdcәsi talan edilir.

Mәmmәdabad tam orta mәktәbinin rus dili müәlliminә 72 saat ingilis dili dәrsi yazılmasından әldә olunan gәlirә gәlincә isә, Şamil Nurәliyev qәti olaraq bildirib ki, bunun hamısı ona çatmalıdır. Çünki hәmin müәllimәyә universitetlәrin birindәn Yenidәnhazırlanma vә İxtisasartırma kursundan ingilis dili ixtisası diplomunu şәxsәn Şamil müәllim özü alıb.

Özü dә hәmin müәllimә kәnd orta mәktәbindә әvvәlki ixtisası üzrә işlәyә­işlәyә. Şamil müәllimin demәsinә görә bu diplomun alınmasında 2 min manat xәrci çıxıb. Yәni, rus dili müәllimi heç bir kursa getmәdәn dönüb olub ingilis dili müәllimi. Onun ingilis dilini bilib­bilmәmәsi isә vacib deyilmiş. Bu әmәliyyatda da saxta ezamiyyәdәn külli miqdarda qazanc әldә olunub.

Saatlı Tәhsil Şöbәsindә dövlәt büdcәsinin müxtәlif yollarla talan edilmәsi faktları çoxdur. Mövzunu diqqәtdә saxlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.