Hafiz Məmmədovun şirkətlərin də müflisləşmə başlayır

2-07-2015, 15:02           
Hafiz Məmmədovun şirkətlərin də müflisləşmə başlayır

İyulun 13-də Britaniya Vircin adalarının Kommersiya Məhkəməsində “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin “Baghlan Group Limited”ə qarşı məhkəmə iddiasının açıq baxışına başlanılacaq.

"Turan" bildirir ki, cavabdehin təsisçisi Azərbaycan vətəndaşı, biznes dairələrində “Hafka” kimi tanınan Hafiz Məmmədovdur, ona bir neçə nəqliyyat yükdaşıma şirkəti, kommersiya bankı, futbol komandası və s. məxsusdur.

İddiaçı qismində “Walkers” şirkəti iştirak edir. Bu gün dövlət qəzetindəki elanda qeyd edilir ki, “Baghlan Group Limited” şirkətinin ləğvedicisinin təyin edilməsi barədə vəsatət məhkəməyə bu il iyunun 17-də daxil olub.

“Baghlan Group Limited” «Bahar» və «Qum dəniz» yataqlarını işləyən “Bahar Energy Ltd.”nin səhm paketi sahibi idi. Amma 2014-cü ildə “Baghlan Group Limited” maliyyə problemi üzündən bu paydan məhrum olub. Qeyd edək ki, “KSM" şirkətlər qrupu Hafiz Məmmədov və onun iki oğluna məxsusdur. Buraya "Alfa Caspian Shipping", "Logestics group", "BQ trans", "City Bus", "Ramada Hotel & Suites Baku", "Baku fans", "Elit Catering", "Kono Pizza", "Candy Boquet", “Bank of Azerbaijan” və s daxildir.

2012-ci ildə Baghlan Group “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin iştirakı ilə Kayman fond birjasında 150 milyon dollar məbləğində istiqrazlar yerləşdirib. Qiymətli kağızlar bu ilin yayında tam ödənilməlidir.

Görünür, Hafiz Məmmədov bu qiymətli kağızların ödənilməsi problemi ilə üzləşib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.