Kənan kimdir: icra başçısının I müavini, yoxsa sayt rəhbəri ? (AUDİO)

4-07-2015, 23:47           
Kənan kimdir: icra başçısının I müavini, yoxsa sayt rəhbəri ? (AUDİO)
2 iyul tarixdə Qafqaz Xəbər Agentliyində (qafqaznews.az ) dərc olunmuş “Gəncədə 500 min manatlıq yığım başladı” başlıqlı məqalə ilə bağlı redaksiyamıza zəng edərək narazılığını bildirən Gəncə sakini Kənan adlı şəxsin kimliyi ilə bağlı araşdırma apardıq. Xatırlatma üçün bildirək ki, məqalədə qeyd olunurdu ki, Avropa Oyunları bitən kimi Gəncə ŞİH-nin başçısı Elmar Vəliyev məmurları və iş adamlarını toplayaraq tapşırıq verib ki, Gəncədəki yataqxana binalarına üzlük döşəmək və Gəncədə çay qırağında bulvar salmaq üçün mənə təcili 500 min manat pul lazımdır. Beləliklə icra başçısının pul yığımı mexanizmi işə salınıb. Şəhərdəki müəssisələrdən və məktəblərdən təcili pul yığımı baslayıb. Bütün sahibkarları, iş adamlarını bir-bir çağırıb pul tələb edirlər. Şəhərin memarı Azad Əliyev başçının tapşırığı ilə obyekt sahiblərini çağırtdırıb hər birindən pul tələb edir, əks təqdirdə obyekti sökdürməklə hədələyir. Məqalə böyük maraq doğurduğu üçün digər saytlar tərəfindən də dərc olunub. Məqalə dərc olunandan sonra redaksiyaya zəng edən Kənan bildirib ki, mən Gəncədə media məsələlərinə baxıram: “ Sizin imkanınız varsa, bir Gəncəyə gəlin. Görəcəksiniz ki, hər şey əksinə yazılıb”. Kənan bildirib ki, başa düşmürəm, məgər cənab başçının 500 min manata ehtiyacı var?. Və söhbətin davamında Kənan təkidlə mənbənin kim olduğunu soruşaraq onun cəzalandırılacağını bildirib. Biz məsələ ilə bağlı Gəncə ŞİH başçısının 1-ci müavini Naqif Həmzəyevin fikirlərini öyrəndik: “ Bizdə Kənan adlı işçi yoxdur. O, ganjanews.az saytının rəhbəridir. O, icra hakimiyyətinin deyil, sakinlərin adından sizə zəng edib”. İcra başçısının digər müavini Rafiq Şəfiyev isə bildirdi ki, Kənan icra hakimiyyətində mətbuat xidmətinin əməkdaşıdır. Bu gün redaksiyamıza Gəncədən yeni məlumat daxil olub. Məlumatdan bəlli olur ki, iki gün öncə saytımızda gedən yazıya görə redaksiyamıza zəng edən Kənan adlı şəxs əslində Gəncə ŞİH-nin birinci muavini Naqif Həmzəyev olub. Məlumatı verən şəxs, xüsusi olaraq qeyd edib ki, Naqif Həmzəyev Türkiyədə təhsil alıb. Biz də iki audio yazını oxucularımızın öhdəsinə buraxırıq, qoy onlar özləri səs-yazılarına qulaq asıb nəticə çıxartsınlar ki, bizimlə birinci danışan şəxs kim olub.

[media=https://www.youtube.com/watch?v=5OVKUsZJ1yc]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.