Sabirabadda tam dərəbəylikdir - Şikayət

6-07-2015, 12:02           
Sabirabadda tam dərəbəylikdir - Şikayət
Sabirabad rayon Yenikənd kənd sakini Cəlilov Qanı Ərzulla oğlu prezidentə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-da daxil olan müraciətdə deyilir:

"Yazıb sizə bildirirəm ki,mən Cəlilov Qanı Ərzulla oğlu 2011-ci ilin sentyabr ayında Quruzma bələdiyyəsinə müraciət edərək 2000-ci ildən Quruzma bələdiyyəsinin keçmiş sədri olan Əliyev Fazil Balaqardaş oğlunun icarəsində olan Yenikənd kəndi ərazisində yerləşən 30 ha torpaq sahəsini sub icarəyə götürdüm. Mən Quruzma bələdiyyəsi ilə 15 illik sub icarə müqvilə bağladım.Bu müqavilə əsasında mən qoyunçuluğu inkişaf etdirməyə başladım.

Bundan sonra mənimlə şəxsi-qərəzliyi olan iki nəfər Yenikənd sakini həmin torpaq sahəsini əldə etmək məqsədi ilə Quruzma bələdiyyəsinin keçmiş sədri Fazil Əliyevdən və Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseyinovdan müxtəlif dövlət orqanlarına müraciətlər etməyə başladılar.Yazılı çəkişmələr nəticəsindən öz vəzifəsini qorumaq üçün bələdiyyə sədri Fazil Əliyevə Nizami Hüseyinov təzyiqlər göstərərk mənimlə bağlanmış sub icarə müqviləsini ləğv etməsini tələb etmişdir və bunla da Fazil Əliyevi zərbə altında qoyaraq özünü sığortalamış oldu.

Beləliklə Fazil Əliyev Nizami Hüseyinovun təzyiqləri nəticəsində mənə sub-icarəyə verilmiş torpaq sahəsinin boşaldılmasına dair mənim və bələdiyyə üzvlərinin iştirakı olmadan özbaşına qərar vermişdir.Mən isə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim.Məhkəmə prosesi zamanı Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təklif aldım.Təklif bundan ibarət oldu ki RİHB-nın Quruzma Bəldiyyəsinin sədri ,Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseyinovun qarşılıqlı razılaşma əsasında mənim Yenikənd ərazisində olan 30 ha torpaq sahəsini boşaldım və bunun əvəzində qonşu kəndin ərazisindən sahibkarlıq fəaliyyətimin davam etdirməsi üçün torpaq sahəsi ayrılsın.Çəkişmələrin bitəcəyi barədə mənə təminat verən hər üç şəxsə inanaraq razılaşdım və bu təklifin icrasını Nizami Hüseyinov şəxsən öz üzərinə götürdü.Lakin bu çəkişmələr daha da qızışdı.Buna görə də Nizami Hüseyinov və Fazil Əliyevə təzyiqlərini davam etdi.

Bu təzyiqlərə tab gətirməyən Fazil Əliyev pisxoloji gərginlik nəticəsində infarkt və insult diaqnozu ilə uzun müddət xəstəxanada qalaraq həkimlərin məsləhəti ilə vəzifəsindən istefa verdi.Bundan sonra Quruzma bələdiyyəsinin sədr əvəzi seçilən Ə. İbrahimov N.Hüseyinovun göstərişi ilə 2014-cü ilin dekabr ayında məni yenidən Sabirabad rayonu məhkəməsinə verərək mənim üçün qonşu kənd ərazisindən ayrılmış torpaq sahəsini də boşaldılması tələbini qoydu. Ə.İbrahimovdan bu müraciətin səbəbini məhkəmədə soruşduqda bildirdi ki ,mən Nizami Hüseyinova tabeyəm onun göstərişləri mənim üçün qanundur.Halbuki,bütün bu göstərişləri verən Nizami Hüseyinov mənim ayrılmış 10 ha torpaq sahəsi barədə keçirilən 18.02.2013.-cü il tarixli iclas protokolundan çıxarışı şəxsən özü Şirvan Regional Ədliyyə Şöbəsində qeydiyyatdan keçirmişdir.

Necə olur ki Nizami Hüseyinov öz vəzifə səlahiyyətlərini aşaraq,özünü idarəetmə orqanı olan bələdiyyənin işinə birbaşa müdaxilə edə bilər?

Nizami Hüseyinovun bu tələblərini qeyri-qanuni olduğunu görən Ələmdar İbrahimov Quruzma bələdiyyəsi adından rəsmi olaraq müraciət etmiş,məndən şikayətçi olmadığını bildirdi və məhkəmə prosesinin dayandırılmasını xahiş etmişdir.Faktlar üçün sənədlərin surətini təqdim edə bilərəm.

Yeni bələdiyyə seçkilər nəticəsində Ə.İbrahimov vəzifəsindən uzaqlaşdırılmış Quruzma bələdiyyəsinin sədri olaraq Nəcəf Allahverdiyev seçilmişdir. N.Allahverdiyev başladıqdan sonra bu proseslər barədə söhbətimiz əsasında onun mənimlə heç bir şəxsi-qərəzliyinin olmadığını və sahibkarlıq fəaliyyətimin inkişafında mənə yardımçı olduğunu bildirdi.Həmkəndlim və xoş münasibətdə olduğum N.Allahverdiyevin bu sözləri mənim üçün təbii idi.Lakin bir müddət keçdikdən sonra şəxsi,xoş münasibətlərimizə baxmayaraq N.Allahverdiyev Quruzma bələdiyyəsi adından mənimüçün gözlənilməz şəkildə həmin torpaq sahəsinin boşaldılmasına dair Sabirabad rayon Məhkəməsi qarşısında iddia qaldırdı. Halbuki Quruzma bələdiyyəsinin ərazisində məndən başqa 1000 hektarlarla torpaq sahəsi müxtəlif sahibkarların iştifadəsindədir.Əlbəttə iddianın qaldırılması ilə bağlı N.Allahverdiyevlə telefon əlaqəsi saxladım.Söhbət əsnasında N.Allahverdiyev bildirdi ki yaranmış vəziyyət qarşısında acizdir.Bu iddianı qaldırılmasında ondan yenə də Nizami Hüseyinov tələb edir.(Fakt üçün N.Allahverdiyevlə telefon danışığının səs yazılarını disklərini də təqdim edə bilərəm).

N.Allahverdiyevin bu sözlərindən sonra mən Nizami Hüseyinovla görüşdüm və mənim sahibkarlıq fəaliyyətimə nə üçün mane olması ilə maraqlandım.O bildirdi ki yuxarıda adları göstərilmiş həmin iki nəfər qərəzli qonşularla razılıq əldə olunmasa onlar mənim iş fəaliyyətimdən müxtəlif hüquq mühafizə orqanlarına müraciətlər edərək təzyiqlər göstərəcəklər.Bu da mənim tabe olduğum Ədliyyə Nazirliyində mənə qarşı mənfi münasibətin formalaşmasına səbəb olacaq.Deməli belə çıxır ki mən Nizami Hüseyinovun vəzifəsinin qurbanı olmalıyam.

Maraqlıdır ki Nizami Hüseyinov hansı əməllərinə görə iki nəfərin hədələrindən qorxaraq mənim dörd il ərzində inkişaf etdirdiyim sahibkarlıq fəaliyyətimi bitirməyə çalışır.

____ Bəs Niyə Quruzma bələdiyyəsi ərazisində Nizami Hüseyinov bu qədər qanunsuz balıq gölləri,qanunsuz tikliləri görmür?ancaq mənim üzərimə hücuma keçib?
____ Bəs bu Nizami Hüseyinov cənab Prezdentimiz İlham Əliyevin Shibkarlara dəstək olaq,sahibkarların hüquqlarını müdafiə edək şüarına niyə məhəl qoymur?

____Axı onun bu işdə marağı nədir?

____Bəs bir sahibkar olaraq mən öz hüquqlarımı necə müdafiə etməliyəm?

____Bir dövlət məmuru olaraq Nizami Hüseyinovun vəzifəsindən sui-istifadəsi nə qədər qanunidir?

Deməli belə çıxır ki Nəcəf Allahverdiyev ,Nizami Hüseyinov kimi bizim məmurlarımız öz vəzifə postlarını qorusunlar deyə mən məhv olmalıyam?

Yaşadığım Yenikənd kəndimin ərazisində nə qədər vəsaitlər xərcləməyimə baxmayaraq könüllü şəkildə qonşu kəndin ərazisinə köçdüm.

İndi də başlayıblar qonşu kəndin ərazisindən də çıxmalısan.

Odur ki, yuxarıda göstərdiyim faktları nəzərə alaraq Nizami Hüseyinov və Nəcəf Allahverdiyevin bu qanunsuz fəaliyyətini qarşısını alaraq mənim tapdanmış hüquqlarımın bərpası işində mənə yaxından köməklik etməyinizi və mənim bu şikayət ərizəmi xüsusi nəzarətə götürməyinizi Sizdən xahiş edirəm".

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.