Elmir Mehtiyevi acı aqibət gözləyə bilər - İDDİA

6-07-2015, 12:14           
Elmir Mehtiyevi acı aqibət gözləyə bilər - İDDİA
"Muğanbank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının sədri Elmir Maqbet oğlu Mehtiyevin aktiv biznes fəaliyyəti ilə məşğul olması, "Jalə" MTK-nın vergidən yayındırdığı vəsaitlər, bank rəhbərinin Mərkəzi Bankın maliyyə monitorinqi xidmətinin direktoru Adışirin Qasımov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, həmçinin Ələkbərov qardaşları ilə əlaqələri haqda əvvəlki saylarımızda ətraflı məlumat vermişdik.

Qeyd olunurdu ki, Elmir Mehtiyev bir neçə dəfə "Muğanbank"da ayrı-ayrı şəxslərin adına külli miqdarda kredit açdıraraq öz işlərinin həllinə nail olub: "Elmir Mehtiyev Bülbül prospekti 40 ünvanında inşa edilən göydələnlər kompleksinin sifarişçisidir. Bu binaların tikintisini podratçı təşkilat olan "Falez-memarlıq" həyata keçirir. Elmir Mehtiyev isə dövlət büdcəsinə vergi ödəməkdən yayınmaq üçün podratçı təşkilatla bank vasitəsi ilə deyil, nağd yolla hesablaşır. Bu isə böyük miqdarda vergidən yayınmaqdır. Şirkətdə mənzillərin satışı da nağd yolla həyata keçirilir, yəni yenidən vergidən yayınma baş verir". Məlumatda həmçinin bildirilirdi ki, "Jalə" MTK-nın Bülbül prospekti 40 ünvanında tikdiyi binada mənzillərin nağd yolla satışı zamanı külli miqdarda vəsait vergidən yayındırılsa da, ASC rəhbəri vergi orqanlarındakı tanışlarının, daha dəqiq desək yaxın dostu Namiq Ələkbərovun sayəsində bütün problemləri yoluna qoya bilib. Bir sözlə, Elmir Mehtiyev və ona yaxın olan bir qrup şəxs ölkəmizin mövcud qanunlarını ayaq altına atmaqdan çəkinmirlər və özbaşına əməllər törədirlər.

Məlumatlı mənbələrdən aldığımız yeni bilgilərə görə, Elmir Mehtiyevə məxsus "Jalə" MTK-nın Bülbül prospekti 40 ünvanındakı binada mənzili olan şəxslərdən biri də Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur: "Ölkənin baş bankirinin həmin binada alt-üst, hər biri 220 kvadratmetr olan mənzilləri var. Bu mənzillərin təmirinə külli miqdarda vəsait sərf edilib. Maraqlı məqam ondadır ki, Elman müəllim bu mənzilləri öz vəsaiti hesabına almayıb, Elmir Mehtiyev tərəfindən hədiyyə olunub. Çünki bir müddət əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri "Muğanbank"ın nizamnamə kapitalının az olmasını əsas gətirərək lisenziyasını ləğv etmək qərarına gəlmişdi. Sonradan maliyyə monitorinqi xidmətinin direktoru Adışirin Qasımov məsələyə qarışdı və onun vasitəsilə Elmir Mehtiyev yaranmış problemi yoluna qoydu. Bunun qarşılığında cəmiyyət sədri Mərkəzi Bankın rəhbərinə tikdirdiyi kompleksdən 2 ədəd mənzil hədiyyə etdi. Bu mənzillər baha qiymətə İran vətəndaşlarına kirayə verilib. "Jalə" MTK-nın binasında ofisi olan şəxslərdən digəri Rüfət Aslanlıdır. Komitə sədrinin təmirlə birgə dəyəri 550 000 manata olan 100 kvadratmetrlik ofisi və 5 otaqlı 316 kvadratmetrlik mənzili var. Ofisin, eləcə də mənzilin təmir işlərinə böyük miqdarda vəsait sərf olunub. Dövlət məmurlarının bu qədər pulu hardan əldə etməsi maraqlı məsələdir". Qaynağımız Elmir Mehtiyevlə yaxın qohum olan Mərdanov qardaşları haqda da bəzi faktları açıqladı. Məlumata görə, qardaşlardan böyüyü olan Şirzad Mərdanov "Muğanbank"ın Sumqayıt filialında xəzinədar işləyir: "Şakir Mərdanov isə "Muğanbank" ASC-nin baş ofisində təsərrüfat şöbəsinin müdiridir. Digər qardaşları Vüqar Mərdanov kənddə yaşayır və mal-qoyun otarmaqla məşğuldur. "Jalə"dəki ofislərin hamısı məhz Vüqarın adına sənədləşdirilib. Ona hər ay 30 min pul verirlər. Vüqar Mərdanovun adına olan qeyri-yaşayış sahələrinin yerləşdiyi bina təhvil verilməmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ona alqı-satqı etmək üçün sertifikat verib. Halbuki, bu qeyri-qanunidir. Mərkəzi Bank həmin ofis yerləri üçün 20 milyon manat pul ödəyib. Ofislərin ümumi sahəsi 2500 kvadratmetrdir. 20 milyonluq alveri vergi orqanlarından gizlədiblər. Belə ad qoydular ki, şəxsi adamındır, satır. Amma görəsən şəxsi adamın indi nəyi var? Mərdanov qardaşları Elmir Mehtiyevin anasının əmisi nəvələridir. Onlar bəzi məsələlərin həllində bir-birlərinə yaxından köməklik göstərirlər. Kənddə yaşayan Vüqar Mərdanovun adına olan evlər, ofislər araşdırılsa, çox ilginc məqamlar üzə çıxacaq".

Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Bank işi ilə bağlı çoxlu sayda tanınmış iş adamının barəsində cinayət işi açıldı. Fikrimizcə, "Muğanbank"da da bir sıra şübhəli maliyyə əməliyyatları mövcuddur. Odur ki, aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri qeyd olunan məsələləri dərindən araşdırmalı və qanunların əleyhinə iş görən şəxsləri məsuliyyətə cəlb etməlidir.

Yazıda adı çəkilən şəxslər münasibət bildirmək istəsələr, şərait yaradarıq.

P.S Növbəti sayımızda oxuyacaqsınız: "VERAJ" nə deməkdir? Şirkətin hüquqşünası Mərdanov qardaşlarına necə qohumdur? 1-dəki zalla 3-cü mərtəbədəki zalların Vəfa xanıma aidiyyəti varmı? Elmir Mehtiyevin dayısı Abbas Göyüşov nə üçün Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub?\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.