Yasamal sakinləri icra başçısına qarşı aksiyalara başladı

6-07-2015, 12:58           
Yasamal sakinləri icra başçısına qarşı aksiyalara başladı
Yasamal sakinləri icra başçısı İbrahim Mehdiyevə qarşı kampaniya başlatdıqlarını bəyan ediblər. JAM.AZ xəbər verir ki, bu barədə məlumat Facebook sosial şəbəkəsində yayılıb.

Həmin məlumatda deyilir ki, İbrahim Mehdiyev Yasamal rayonuna rəhbər təyin olunandan sonra vəziyyət daha da pisləşib. Eyni zamanda, rayonda görülən işlər ən aşağı səviyyəyə çatıb. Onların bildirdiyinə görə, icra başçısının yarıtmaz fəaliyyəti nəticəsində Yasamal daha çox söküntüsü, zibillikləri, sosial problemləri ilə zəngin olan yaşayış məntəqəsi ststasuna sahib olub.

JAM.AZ xəbər verir ki, rayon sakinləri yaranmış vəziyyətlə əlaqədar icra başçısından Prezident İlham Əliyevə şikayət etmək qərarına gəliblər. Və bunu kütləvi şəkildə həyata keçirməyi planlaşdırırlar. Belə ki, onlar çoxsaylı insanların adından dövlət başçısına məktub ünvanlayaraq, İbrahim Mehdiyevin işdən çıxarılmısını istəyəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.