Cəbrayılın icra başçısı Saatlıda "tufan" edir

7-07-2015, 11:40           
Cəbrayılın icra başçısı Saatlıda "tufan" edir
4 iyulda tia.az saytında “İcra başçısı Cəbrayılı talan edir” başlıqlı məqaələ dərc olunub. Məqalədə qeyd olunur ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahmud Quliyevin adı dəfələrlə qalmaqallı məsələlərlə bağlı medianın gündəminə gəlib: “ 2000-ci ildən bu postda çalışan məmur əsasən cəbrayıllı köçkünləri narahat edən problemlərin həllinə maraq göstərməməkdə və şəxsi işlərinə daha çox vaxt ayırmaqda ittiham edilir. Bu günlərdə icra başçısının qohumlarının Saatlıda əhalinin istifadəsində olan otlaq sahələrini zəbt etmələri barədə məlumat yayılıb. Yerli sakinlərin sözlərinə görə, uzun illərdir ki, həmin otlaq sahələrində mal-qaralarını otarıblar. Amma indi bu mümkün deyil. Çünki Mahmud Quliyevin qardaşı uşaqları həmin əraziləri zəbt edib. Təkcə Dövlət Torpaq Fondunun 1000 hektar ərazisini ələ keçiriblər. Bundan başqa Azadkənd kəndində əraziləri zəbt ediblər. Heç kim onlara bir söz deyə bilmir. Çünki arxalarında icra başçısı dayanır. Sakinlərə hədə-qorxu gəlirlər”. ( tia.az ) Biz tia.az-ın yazdıqlarının həqiqətə uyğun olub-olmadğını araşdırmaq qərarına gəldik. Cəbrayıl şəhərinin icra nümayəndəsi Zahid Hüseynov bizə bildird ki, bu yalandır. Onun sözlərinə görə, Azərbaycanda belə hal ola bilməz: “ Siz nə vaxt eşitmizisiniz ki, Azərbaycanda kimsə özgə əmlakını zəbt edə?”. Azadkənd sakini Şamil Hacıbəyov isə yazılanları təsdiq edərək Qafqaz Xəbər Agentliyinə bildirib ki : “Həqiqətən də icra başçısının qohumları Azadkənd camaatına məxsus otlaqları zəbt ediblər. Sakinlər etiraz etmək istəsələr də nəticə olmadı”. Saatlı icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Lütfəli Şıxəliyev isə müxbirimizə bildirib ki, Mahmud Quliyevin qohumlarının Azadkənd sakinlərinin otlaq yerlərini zəbt etməsi barədə eşidib, amma bu işin detallarını bilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.