Ağdamın icra başçısının adı yeni qalmaqalda... - Raqub Məmmədovdan kampaniya...

7-07-2015, 12:38           
Ağdamın icra başçısının adı yeni qalmaqalda... - Raqub Məmmədovdan kampaniya...
"Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov yerli idarə və müəssisə müdirlərindən qanunsuz olaraq pul tələb etməkdədir". Bu sözlər DİA.AZ-a daxil olan müraciətdə yer alıb.

Adının çəkilməsini arzulamayan və özünün Ağdamdakı idarələrdən birinin məsul şəxsi olduğunu iddia edən mənbə bildirir ki, Raqub Məmmədov tərəfindən rayondakı vəzifəli şəxslərdən pul toplanılır.

Mənbənin dia.az-a bildirdikləri: "Belə görünür ki, bütün rayonlarda eyni durumdur. Çünki başqa rayonlarda da başçıların pul yığmaları xəbərini oxuyuruq. Raqub Məmmədov da hər bir idarə müdirindən 2-5 min manat arası pul tələb edib. Guya bu vəsait rayona xərclənəcək. Halbuki sonradan yenə də işləri elə pulu çıxan idarə müdirlərinin özləri görürlər".

Onu da bildirək ki, məlumatı verən mənbə başçının ünvanına ağır ittihamlar da səsləndirib. Bunlardan bəzilərinin etik olmadığını nəzərə alaraq, əlavə bilgiləri özümüzdə saxlayırıq.

Qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru