Xanım baş redaktor Oktay Şirəliyevdən pulunu tələb edir... - FOTOLAR
29-05-2017, 08:57

Səhiyyədə aparılan islahatlar və xalqa xidmət!
Bu kimi şuar Səhiyyə Nazirliyinin əsas təməl siyasətinə yönəlmiş addımların atılması xalqda hardasa inam yaradıb ki, bəlkədə dəyişiklər onların xeyrinə olacaq. Amma aparılan islahat xalqa zərbədən başqa heçnə vəd etmədiyi qənaitinə gəlməyə insanları vadar edir. Insan sevdiklərini itirməməkdən ötəri borc və faizlər almaq məcburiyyətində buraxılırlar. Ölkə rəhbəri İlham Əliyev cənablarının bu qədər tənbeh və iradlarına məhəl qoymayan səhiyyə ocaqları o cümlədən bəzi qurumlar rüşvət və talançılığa son qoymaq niyyətində olmadıqlarını açıq şəkildə bəyan etməkdədirlər.
Prezidentin göstərişlərinə və tapşırıqlarına əməl etməyən səhiyyə ocaqlarından biridə Qara Qarayev adına uşaq xəstəxanasıdır ki, burda analar qan ağlayır. Gözü yaşlı uşaqlarını təcili tibbi yardımla xəstəxanaya gətirən şəxslərə elə divan tutulur ki, həmin dəqiqədə insan evini sataraq canını xilas etməyin hayında olur. İllərlə uşaq həsrətində olan ana övladının ağır vəziyyətdə xəstəxanaya çatırmağı başarsada xəstəxanada övladını ölümlə üz-üzə qoymaq məcburiyyətində qalır.
Sosial durumunun pis olması valideynin günahı deyil. Dünyada gedən devolivasiyanın nəticəsində insanlar bir qarın çörəyin əldə etməkdən başqa artıra biləcəyi heçnə qalmayıb. Q.Qarayev adına uşaq xəstəxanasında cərəyan edən özbaşınalıq və kobudluq sərhəd tanımır. Səhiyyə işçiləırinin xəstə sahiblərinə davranışları onlara müraciət edən şəxslərin hansı miqdarda pul verməsindən asılı olaraq həyatla mübarizəsinin hansı təbəqədə aparılacağını müəyyən edir. BakuNews.az edilən müraciətlər bu qənaitə gəlməyə vadar edir. Redaksiyamıza həmkar saytın baş redaktoru Arifə xanımın müraciəti bizləri şoka saldı. O müraciətində qeyd edir ki, övladını ağır vəziyyətdə xəstəxanaya çatırmağa müvəffəq olsada orda yaşadığı günlər onun pisixologiyasını pozub. Bununla yanaşı həkimlərin vəzifə borclarını yerinə yetirmək əvəzinə ondan hər bir xırda detalla kimi rüşvət tələb etmələri övladına qarşı verilən işgəncəni ana olaraq həzm edə bilməməsini dilə gətirib.
Arifə xanım Oktay Şirəliyevə müraciət etdi…
Oktay Şirəliyevə sual əgər mən bütün dərmanları özüm alıramsa niyə xəstəxanaya gedirəm. Repartyor.org redaktoru xanım jurnalist Arifə Əliyeva Oktay Şirəliyevə sual ünvanlayıb. o qeyd edib ki, 24.05.2017-ci il tarixində qızım Gülayı kəsgin qusma və qızdırma diaqnozu ilə Təcili yardım xidmətinin köməyi ilə Q.Qarayev adına Uşaq xəstəxanasına apardım.
Təcili yardımdan qəbul otağında qeydiyyata düşdükdən dərhal sonra 10 manat ödəməyimi tələb etdilər. Sual verdim nə üçün cavabları bu oldu ki gecə növbədəyik verməlisiniz əziyyət çəkirik.
Nəysə mən onlara and aman etdim yalvardımkı həkim pulum yox Təcili Yardım məni gətirdi mən pulsuz gəlmişəm. Bir çox söz söhbətdən sonra məcburiyyətdən palatada yer verdilər.
Səhər açılan kimi palataya daxil olan tibb işçisi analiz üçün 3 manat ödəməlisən bunada başa saldım ki yoxdur pulum. Arxasınca tibb bacısı gəldi ki, siz gedin uşağa sistem alın, birdə kəpənəyi də alın damara vuranda uşağı incitməsin. Dedim ay həkim axı bura dövlət xəstəxanasıdır bəs nazir Oktay Şirəliyev sərəncam imzalıyıb ki, Səhiyyə pulsuz xidmət göstərir. Həkim isə öz növbəsində mənə bildirdi ki, Arifə xanım bizə nə deyirlər sizə onu deyirik. Nəysə bir təhər qonşu palatada yatan xanımdan sistemi axşama kimi birini borc alıb qusması dayanmayan övladıma vurdurdum. Kəpənəyi isə digər palatada yatan Biləsuvarlı xanımdan borc almaq məcburiyyətində qaldım.
Beləcə dörd gündə hər gündə vurulan sistem üçün məndən sistem tələb etdilər.Hələ hər sistemi vuran ağzını gözünü əyən tibb bacılarını demirəm. İmkanım olmadığından onlara pul vermədiyim üçün isə axırıncı gün də uşağın əlinin üstünü qəsdən üç dəfə deşdilər. Uşağıma əzab verib bununla mənə göz dağı verərək pul verməyənə nə edə biləcəklərini göstərməklə kifayətləndilər. Xəstəxanada yatdığım müddət ərzində 4 sistem və iki antibiotik ümumi qiyməti 100 manat edən müalicə kursu keçdik. 100 manatımız olmasaydı bu gün ola bilər ki, hansısa mənim yerimdə olan valideyin uşağının hələdə o xəstəxanada can çəkişməsini izləyəsi olacaqdı.
Xəstəxanada olduğum müddətdə orda müalicə alan uşaqların və anaların qidalanması isə ümumillikdə heç bir qidalanmadan söz açıla bilməz. Çünki xəstəxanada müalicə alan şəxslərin kənardan yemək gətirməsi məcburiyyətində qalmasına şərait yaradılmaqdadır. Antisanitariyanın höküm sürdüyü Q.Qarayev adına xəstəxananın başsız idarə edildiyi aşıkardır. İnfeksiya şöbəsinin hamam və tualetinin bərbad halda olması xəstəxanada yeyintinin yüksək xərcin isə heç olmaması əyani subutdur. Ola bilər ki Səhiyyə nazirliyi xəstəxanaları dərman və qidalarla təmin edir... amma bunun əyani göstəricisi yoxdur.. dildə deyilən yox əməldə görünən danışıla bilər...
Reportyor saytını baş redaktoru Arifə xanım səhiyyə naziri Oktay şirəliyevə saytımız vasitəsi iə səslənərək Q.Qarayev adına uşaq xəstəxanasında verdiyi 100 manatın ödənilməsini xahiş edir. O qeyd edir ki necə çıxışlarınızda dövlət xəstəxanası pulsuzdur deyə qeyd etmisiniz indidə xahiş edirəm mənə məcbur aldırdıqları dərmanların pulunu nazirlik tərəfindən mənə qaytarılsın.
Redaksiyadan: yazıda adı çəkilən şəxslərin və ya qurumların mövqeyini dinləməyə hazırıq.
BakuNews.az
Q.Qarayev xəstəxanasında 2-ci korpus 4-cü mərtəbədə olan şərait dözülməz həddədir. Təmizlik imandandır deyimi hamının yaddaşına yazılmış dədə babalarımızdan və müasir deyimlərimizdəndir. Amma Q.Qarayevdə bu misalın əksidir ucqar kəndlərdə olan tibb ocaqların xatırladan paytaxtın mərkəzində yerləşən bu xəstəxana heçdə müasirlik və təmizlikdən söz açılmasına şərait yaratmamışdır. Fotolar Arifə xanıma məxsusdur həmin fotoları sizlərə təqdim edirik:



