Cəlilabadda 500 manat rüşvətə sosial müavinat alanların şok siyahısı

8-07-2015, 12:07           
Cəlilabadda 500 manat rüşvətə sosial müavinat alanların şok siyahısı
Əmək və Əhalinin Sosial Müydafiəsi Nazirliyinin Cəlilabad rayon şöbəsindən redaksiyamıza olduqca ilginc faktlar daxil olub. Bizə təqdim edilən siyahıya əsasən rayonun idarə rəisi olan Azər Mirzəxanlı xeyli sayda insana ehtiyac olmadığı təqdirdə sosial yardımlar təyin edib. Cəlilabaddan daxil olan informasiyaya əsasən idarə rəisi Azər Mirzəxanlı rayonda özünə yaxın adamlarının vasitəsilə müvafiq olaraq lazımsız yerə dövlət vəsaitlərini istifadə edir. Heç bir ehtiyac olmadığı tiəqdirdə dövlət büdcəsindən ayrılmış sosial yardımların təyinatına imza atır.

Etibarlı mənbələr dosye.orq-a bildirib ki, bu yardımların təyin edilməsinə görə rəisə 500 manat «hörmət» etmək lazım gəlir. Nəticə etibarilə də dövlət budcəsi hansısa məmurun və onun ətrafındakı işbazların sayəsində talan edilir. Məlumatlara əsasən 24 aylıq ünvanlı sosial yardımların təyin edilməsi ilə bağlı olaraq rəislə anlaşmaya əsasən 6 aylıq pul öncədən götürülür. Xəbər verən rayon sakini deyir ki, hazırda Azər Mirzəxanlının adamlarında xeyli sayda ünvanlı sosial yardım kartları var ki, onlar da ilk 6 ayı götürdükdən sonra sahiblərinə qaytarırlar.

Maraqlıdır ki, artıq rayonda ictimai nəzarəti təşkil etmək, dövlət başçısının sonuncu çıxışlarında etdiyi çağırışlara dəstək olmaq üçün artıq Cəlilabaddakı etiraz edən şəxslər müvafiq orqanlara və mətbğuata müraciət etmək qərarına gəliblər. Adıçəkilən nazirliyin rəsmi internet saytında yerləşdirilən Cəlilabad rayonunda ünvanlı sosial yardım alanların siyahısı ilə bağlı araşdırmalar davam edir. Hələliksə, bu rayonda yardım alan bir qrup sakinlə bağlı araşdırmalarımızın nəticələrini təqdim edirik:
1. Qurbanova Əntiqə - Hərbi hissədə işləyir , əmək haqqı kifayət edir, eyni zamanda GöytəpəKomunal müəssisəsində işləyir. oğlu isə Bakı şəhərində işləyir. yüksk sosial yardım təyin edilmişdir.

2. Səyadov Rasim - Vaz 2106 markalı avtomobili var özü bazarda işləyir eyni zamanda çiyələk sahəsi vardır.

3. Ağayev Əhəd Göytəpə şəhəri Həsənabad küçəsində yaşayır, 2 traktoru, fərdi sahibkarlıq fəaliyyəti var, ailə üzvləri Bakıda və Rusiyada işləyirlər.

4. Mehtiyeva Təranə - həyat yodaşı Rusiya vətəndaşıdır, hər ay kifayət qədər pul göndərir. ailə taərkibində gizlətmələr var.

5. Hüseynov Bəxtiyar - 60 baş qoyun - quzusu 4 baş iri buynizlu mal - qarası olduğu halda dövlət vəsaiti ona peşkəş edilir. eyni zamanda fərdi əməm fəaliyyəti olaraq xarrat ustasıdır.

6. Qədirov Zahid - Bazarda alver edir, gəlirin gizlədərək ona sosial yardım verilir.

7. Rufullayev Raqif - ev sənədlərini düzgün təqdim etməmiş, öz Rusiyada ustalıq edir, gəliri kifayət qədərdir.

8. Hüseynova Şəfəq - Bakı şəhərində yaşayır , ailə tərkibi düzgün təqdim edilməmiŞ anasının evinə dair sənədləşmə aparılmışdır.

9. Məhərrəmov Şahkərəm - ailə üzvüləri ilə birlikdə Bakı şəhərində yaşayırlar, ər və arvad pensiya almasına baxmayaraq sosial yardım verilir.

10. Dadaşova İradə - başqa rayonda qeydiyyatda olmasına baxmayaraq , ev sənədləri yoxdur.

11. Cəfərov Akif - Təkərli traktoru ,kifayət edəcək gəliri olsa da , Bakı şəhərində Yüksək tonajlə Kran işlədir hər aya yüksək gəlir əldəetməsinə baxmayaraq ,ailə üzvləri Bakı şəhərində yaşayır , oğlu isə özlərinə məxsus mağazanı işlədir. Digər oğlu isə Fövqaladə Hallar Nazirliyində işləsə də işsiz kimi qeyd edilmişdir.

12. Qarayev Rasim - özü və arvadı işləsə də işləməyən kimi qeyd edilmiŞ övladları isə pensiya alırlar.

13. Ağayeva Sənubər Hüseynağa qızı - atasına məxsus evdə yaşayır, 170, 0 manat sosial yadım təyin edilmişdir.

14. Ağayev Mehdi - Masallı bazarında mağazası var, fəaliyyət göstərir, pensiya alır , onun həyətyanı sahəsi və hasarının qiyməti təyin edilə bilməz dərəcədə olduğu halda ona sosial yardım təyin edilmişdir.

15. Orucov Rövşən Tarverdi oğlu, VAZ 2106 markalı avtomobili, kartov sahəsindən kifayət qədər gəliri olduğu halda ona sosial yardım təyin edilmişdir.

16. İbrahimov Əlizamin VAZ 21011 markalı avtomobili, əmək fəliyyəti olduğu hald fəaliyyətini gizlədərək soial yardım təyin edilmişdir.

17. Cavadova Səbinə Ağahüseyin qızı Göytəpə şəhər 1 saylı tam orta məktəbdə işləyir, əmək haqqı alır, özü və övladı pensiya alır. eyni zamanda aliment alır. bütün bu gəlirlərini gizlətmiş həm də bankdan kredit alması barədə məlumatı gizlətməklə sosial yardım alır və başqalarına da sosial yardım düzəltməkdə fəaliyyət göstərir. Gününün çox hissəsini ƏƏSMM nin Cəlilabad rayon şöbəsində keçirir və bildirir ki, mərkəzin direktoru Azər Mirzəxanlı onun yaxın qohumudur. Bütün bunlar Azər Mənsimovun öz müdiri Azər Mirzəxanlını aldatması nəticəsində yaranmış problemdir.
Qarşı tərəfində mövqeyini verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.