Zaqatala xəstəxanasında dəhşətlər - Burda sağaltmaq əvəzinə öldürürlər

9-07-2015, 15:12           
Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.org ) Zaqatala sakini Rövşən Mehdiyevin müraciəti daxil olub: “ 1 iyulda mənim 11 yaşlı oğlum avtoqəzaya düşüb. Bizim müraciətimizə baxmayaraq təcili yardım hadisə yerinə gəlib çıxmadı. Biz özümüz uşağı xəstəxanaya apardıq . Mən həkimlərə yalvardım ki, uşağa kömək etsinlər. Ancaq mənə dedilər ki, növbətçi həkim iş yerində yoxdur. O hətta iş yerində olsa da heç bir yardım edə bilməzdi, çünki xəstəxanada zəruri dərmanlar və qan ehtiyatı yoxdur. Zəruri yardım ala bilmədiyi üçün mənim oğlum xəstəxanada öldü. Baş həkim Leyla Seyidəliyeva deyir ki, guya mənim oğlum xəstəxanaya çatanadək komaya düşüb. Bu yalandır, mənim oğlum məhz xəstəxanada komaya düşdü”.

Mehdiyev bildirir ki, mən tibb bacısından xahiş etdim ki, oğlumu rentgen eləsin: “ Ancaq mənə dedilər ki, xəstəxanada xeyli vaxtdır ki, rentgen aparatı işləmir. Hətta xəstəxanada süni tənəffüs aparatı yoxdur. Mən özüm uşağa süni tənəffüs elədim”.
Həqiqətənmi, Zaqatala rayon xəstəxanasında zəruri dərmanlar, rentgen aparatı yoxdur..? Xəstəxananın əməkdaşı ( adını və soyadını demədi ) bizə bildirdi ki, baş həkim iclasdadır. Əməkdaş qafqaznews.org-a bildirdi ki: “ Bizdə aparatlar işləmir, ancaq biz xəstələri diqqətsiz qoymuruq”.

Müxbirimizin “Zaqatala xəstəxanasında həqiqətənmi zəruri dərmanlar və qan ehtiyatı yoxdur?” sualına əməkdaş belə cavab verdi: “ Mən sizin sualınıza cavab verə bilmərəm. Baş həkim gələndə sizin suallarınıza cavab verər”. Sonradan biz dəfələrlə baş həkimlə əlaqə saxlamağa cəhd eləsək də onunla danışa bilmədik. Sözardı: Biz hər il Azərbaycanda həkimlərin səhlənkarlığı səbəbindən neçə xəstənin ölməsi barədə statistika ilə maraqlandıq. Və bu məqsədlə Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Ancaq əlaqə alınmadı. Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov qafqaznews.org-a bildirdi ki, Azərbaycanda belə bir statistika yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.