Əxlaqsızlıq yuvası; yoxsa Azərbaycan Universtetinin yeni “kafedrası” ŞOK

10-07-2015, 16:28           
Əxlaqsızlıq yuvası; yoxsa Azərbaycan Universtetinin yeni “kafedrası” ŞOK
Gündəmimizin əsas mövzularından biri də, hər gün getdikcə daha çox artan əxlaqsızlıq yuvalarıdır.
“Sauna”, “massaj salonu”, “ailəvi istirahət mərkəzi”, “hamam”, “gecə klubu”, “motel” və başqa adlar arxasında gizlədilən bu “yuvalar” cəmiyyətimizin korlanmasında müstəsna rol oynayır. Heç bir vergi ödəmədən külli miqdarda pul, qazanan bu “yuva”ların fəaliyyətinə müvafik orqanlar nədənsə göz yumurlar ki, bu da əsaslı şübhələr yaradır. Hətta həyasızlıq o həddə çatıb ki, bəzi kitab mağazalarıda artıq “masaj salonu”na çevrilib.

Masazırda yerləşən “Göyçə” moteli, müştərilərə bu xidmətin yeni “modelini təklif edir. Beləki “müştərilərin” yanlarında gətirdikləri “quşlardan” ləzzət almaları üçün, dəyişən qiymətlərlə, saat hesabı otaq pulu alırlar. Telefon zəngimizə, motel cavabdehi Şirzad adlı vətəndaş, sanki baş verən cinayətdən deyil, təbii prosesdən söhbət gedirmiş kimi, bizə, motelə getməyimizi və oradakı adamı ilə “görüşməyimizi” məsləhət gördü. Yəqin ki, Şirzad, hamını öz əxlaqına uyğun sayır. “Paça arasın”dan gələn pulla çörək yeyən başqa hansı əxlaqa sahib ola bilər. Qəribəsi isə hər şeydən xəbəri olan Abşeron rayon polisinin bu böyüklükdə cinayətə göz yummasıdır.

Azərbaycan Universitetinin qarşısındakı “Qala” masaj salonunda, yarımçılpaq qızlar sizi çox təmtəraqlı qarşılayacaqlar və erotik səslə göstərilən xidmətləri sayacaqlar: “Masaj” “duş” və titrək erotik səslə “seks”. Pulunu ödə, keyfini gör.
Sözsüzki universitetin on addımlığında olan bu “masaj” salonunda hər adam “kef” görə bilmir. “Xidmət” göstərən qızların deməyindən məlum oldu ki, tədris ilində tələbələr, bu salonun “xidmət”indən istifadə etmək üçün, saatlarla növbədə dururlar. Universitet rəhbərliyi isə bu neqativ hala göz yummaqda davam edir. Sanki “Qala” pozğunxanası universitetin bir kafedrasıdır və tələbələr burada lazımı dərslər keçirlər. Görəsən bu fəndən hesabat, imtahanı verirlərmi? İnanmıramki bizim gənclərin belə “fəndən” kəsrləri ola.

Araşdırma davam edir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.