Neftçala rayonunun Xolqarabucaq kəndində bələdiyyə sədrinin müavini qoçuluq edir

11-07-2015, 14:55           
Neftçala rayonunun Xolqarabucaq kəndində bələdiyyə sədrinin müavini qoçuluq edir
teref.aznun poçtuna Neftçalanın Xolqarabucaq kəndinin bələdiyyəsindən şikayət var. Bu artıq neçənci dəfədir ki, Xolqarabucaq kənd bələdiyyəsindən, bələdiyyənin sədr müavini Qafarov Qiymət Tahir oğlunun kənd camaatının başına gətirdiyi qanunsuzluqlardan şikayətlər daxil olur. teref.az bu kəndin bələdiyyəsi ilə bağlı araşdırmalarına başlayıb. Yaxın günlərdə Xolqarabucaq kəndində bələdiyyənin hansı qanunsuzluqlarla məşğu olduğunu və onların bütün bu qanunsuzluqları kimin "krışa"lığında etdiyini sizə çatdıracağıq


Müstəqil Azərbaycan Respublikası Prezidenti ,Ali baş Komandan Ilham Heydər oğlu Əliyev cənablarına.
Neftçala rayon sakini fermer Yaşar Əhməd oğlu Nəcəfov tərəfindən.

Sürəti .Azərbaycan Respublikasının baş prokuroru, Ədliyyə müşaviri Zakir Qaralov cənablarına.

Ərizə

Çox hörmətli cənab President sizə ilk öncədən minnətdarlığımı bildirirəm ki,Zakir Qaralov kimilərin işinə qiymət verib yenidən 5 il müddətinə vəzifəyə təyin etdiniz. Çox hörmətli cənab Prezident sizə 27.02.2015 -ci ildə ünvanladığımız məktubu ətraflı araşdırma aparılmadığı üçün məcbur qalıb yenidən sizə müraciət edirəm. Hörmətli cənab Prezident 8 il əvvəl Qafarov Qiymət Tahir oğlu Neftçala rayon Xolqarabucaq kəndində bələdiyyə sədri işlədiyi dövrdə ərizəmlə müraciət edib 5 hektar torpaq sahəsi almışam.Yararsız yerə 3 min azn xərc çəkib yararlı hala salmışam. 35-40 sentener arpa biçmisəm. Lakin 2014 -cü ildə yenidən Q.Qismət dırnaqarası yolla bələdiyyənin sədr müavini seçilmişdir. Lakin,gələn gündən peçatı Abdullayev Səidin əlindən alıb kənddə özbaşınalıq edir.

Hörmətli cənab Prezident siz Azərbaycan xalqının rəhbərisiniz. Möhtərəm cənab Prezident elin gözü tərəzidir. Bunu onun üçün misal çəkirəm ki, Q.Qismətin 2008 ci ilin 6 fevral ayında vəzifəsinə xitam verilmişdi. Rəhbərlik tərəfindən ərazi nümayəndəsi təyin edildi. Üç ay müddətində kənd sakinlərinin nifrətin qazandı.Uzun illər dədə - babalarımızın dəfn olunduğu qəbiristanlığın əhatə olunduğu dəmir çəpərləri sökdüyünə görə rayon rəhbəri onu tutduğu vəzifədən "Ç" bəndi ilə azad etdi.Hörmətli cənab Prezident mən sizin məmurlarla keçirdiyiniz iclasları diqqətlə izləyirəm. İclasda tapşırıq verdiniz ki, kim əkin yerin boş qoyursa dərhal əlindən alınıb əkən adama verilsin.Lakin bunlara əməl olunmur.

Hörmətli Rəhbərimiz sizdən çox -çox xaiş edirəm ki, Q.Qismətin işlədiyi dövr araşdırmasına və oğlunun FHN-də işləyə -işləyə 50 hektar torpaq sahəsi götürülməsi, torpağı boş qoymasını və Qismət Qafarovun "Ç" bəndinə əsasən tutduğu vəzifədən azad olunması araşdırılsın.Kiminsə ona havadarlığı nəticəsində deyir ki,onsuzda cəhdləriniz boşa çıxacaq və sikayətinizə baxılmayacaq. Üstəlik birdə özünü haqlı çixardaraq bildirir ki, mən bu vəzifəyə pul verib gəlmişəm pulmu çixartmalıyam.

Hörmətli cənab Prezident Q.Qismət unudub ki,heç kəs qanundan kenar iş görə bilməz. Çox hörmətli cəban Prezident və xalqın atası bunu dəqiq araşdırıb sizə məlumat verəndə biz vətəndaşlardan izahat belə almadan sizə yalnış məlumat verirlər.Bu məlumatı əminəm ki,sizin göstərişinizlə obyektiv olaraq qanuna uyğun şəkildə araşdırılacaq.Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.

Bundan başqa Neftçala kənd Xolqarabucaq kənd sakinləri Muradov Kamal Qismət oğlu və Allahverdiyev Siyasət Məmmədseyin oğlu poçt qutumuza məktub yolayaraq Qafarov Qismətin eyni hadisələri onlarında başına gətirdiyini bildirdilər. Muradov Kamal Ədalət oğlu sözlərinə əsasən Q.Qafarov 2008 ci ildə ona 1200 manat müqabilində ona 5 hektar torpaq sahəsi verib.Lakin indi yenidən 1000 manat pul tələb edir, vermədiyim təqdirdə torpağımın əlimdən alınacağını bildirir.

Allahverdiyev Siyasət Məmmədseyin oğlu da eyni sözləri təsdiqləyərək bildirir ki, Q.Qafarov ona 2008 ci ildə 6 hektar torpaq sahəsi verərək 1000 manat pul alıb. Qismət Qafarovun təzədən 1000 manat pul tələb etdiyini və pulun rəhbərliyə çatacağını deyərək, vermədikləri təqdirdə torpaqlarının əlindən alınacağını bildirir.
Yaşar Əhməd oğlu Nəcəfov
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.