FLO ayaqqabı mağazasında biabırçılıq – Hər gün bu erməni mahnısı səslənir (VİDEO)

30-06-2017, 01:28           
FLO ayaqqabı mağazasında biabırçılıq – Hər gün bu erməni mahnısı səslənir (VİDEO)
Türkiyənin məşhur FLO ayaqqabı mağazasında hər gün erməni müğənnisi Sakonun “Mi Gna” mahnısı səslənir.
AZXEBER.COM-un əməkdaşının lentə aldığı görüntülərdə müştərilərin çoxu mağazada səslənən mahnının erməni mahnısı olduğunu anlamırlar. Əməkdaşımız kassaya yaxınlaşaraq bu mahnının erməni mahnısını olduğunu və Istanbulun mərkəzində niyə erməni mahnısının təbliğ olunduğunu soruşur. Türk satış meneceri isə mahnının onlar tərəfindən yox, mərkəz tərəfindən qoyulduğunu və heç nə edə bilməyəcəyini deyib.
Etirazlara baxmayaraq, mağazada erməni mahnısı səslənməyə davam edib. Hadisənin səhəri günü də analoji hadisə yaşanıb. Belə ki, mağazaya yenidən baş çəkən əməkdaşımız yenə həmin mahnının səsləndiyinin şahidi olub.
Qeyd edək ki, sözügedən ayaqqabı mağazası Türkiyənin ən böyük ayaqqabı satışı ilə məşğul olur. FLO-nun Azərbaycanda bir neçə satış mərkəzi də fəaliyyət göstərir.
[media=https://www.youtube.com/watch?v=3XAF9CTg660]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru