Ağcabədi Pedoqoji Kollecində rüşvət maşını necə işləyir?

13-07-2015, 16:22           
Ağcabədi Pedoqoji Kollecində rüşvət maşını necə işləyir?
Mirələm İbrahimov əvvəlki direktorun həbsindən ibrət dərsi çıxarmayıb. Hələ bir müddət əvvəl Ağcabədi Dövlət Pedoqoji Kollecinin direktor əvəzi həbs olunanda bir çoxları elə zənn edirdilər ki, bununla da təhsil ocağında rüşvət yığışdırılıdı. Amma hadisələrin gedişatı fonunda baş verənlər hər şeyin tərsinə cərəyan etdiyini göstərməyə başlayıb.

Kollecin yeni direktoru Mirələm İbrahimov sələfinin həbsindən dərs çıxarmayaraq, yenə də korrpusiya əməlləri ilə məşğul olması barədə bəzi internet KİV-lərdə məlumatlar yayılmaqdadır. Kollec direktoru Mirələm İbrahiovun imtahan sessiyasında tələbələrdən pul tələb etməsi və buna etiraz edən tələbələin isə imtahandan kəsilərək qovulacağı, adı çəkilən kollecdə böyük səs-sədaya səbəb olub. Bu sessiya bazarlığında M. İbrahimovun yaxın adamları olan kollecin işçiləri Şahin Rəhimov, İman Orucov və Fuad Rəhimov prosesin əsas fiqurları olaraq tanınırlar. Elə buna görədir ki, tələbələrdən sözügedən şəxslərin əliylə 400 manatdan pul yığılıb. Mətbuata ötürülən son məlumatlarda vurğulanır ki, Mirələm İbrahimov artıq son kurs tələbələri üçün də qiymətlər müəyyənləşdirib. Buraxılış işi üçün tələb olunan məbləğ 600 manat, imtahanlar üçün isə 450 manat istənilir. Mənbəmizin veridyi xəbərə görə vəziyyət o. yerə catıb ki,valideyinlər narazılıqlarını Prezident İlham Əliyevə və Təhsil Naziri Mikayıl Cabbarova şikayət məktubu vasitəsi ilə çatdıracaqlar.

P.S.Onu da qeyd edək ki,tələbələr arasında, yurd -yuvasından qacqın düşən və şəhid övladlarıda var.

Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzuya qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.