Rəhimovun kürəkənindən xəbər var - Qaçaq düşüb

13-07-2015, 18:04           
Rəhimovun kürəkənindən xəbər var - Qaçaq düşüb
Bir neçə ay əvvəl İlham Rəhimovun kürəkəni Araz Mehdiyevin biznes fəaliyyəti haqqında bir neçə məqalə dərc etdik.

Məlumat üçün qeyd edək ki, Araz Mehdiyev ölkədə mobil telefon aparatlarının satışı üzrə monopolist idi. Amma bir neçə ay əvvəl Araz Mehdiyevin şirkətlərində Vergilər Nazirliyi əməkdaşlarının apardığı yoxlama nəticəsində ciddi qanun pozuntuları ortaya çıxdığı üçün şirkətlər 10 milyon manat cərimələndi.

Bütün bunlarla bağlı dərc etdiyimiz məqalədən bərk əsəbiləşən Araz Mehdiyev Qafqaz Xəbər Agentliyinə qarşı adekvat tədbirlər görmək niyyətinə də düşdü. Ancaq atalar demişkən, sən saydığını say, gör fələk nə sayır..?

Bəli, Araz Mehdiyev ölkəni təcili tərk etmək məcburiyyətində qaldı.

Bu günlərdə isə məlumat aldıq ki, Araz Mehdiyevin yarıtmaz biznes fəaliyyəti nəticəsində Ayfon, Huawei və bir neçə digər telefon markaları da onun əlindən alınıb. Təkcə Nokia telefon markasını hələki əlində saxlaya bilib. Bu olay bir daha onu göstərir ki, hər hansı sahəni hansısa qeyri-peşəkara, məsuliyyətsiz bir insana həvalə edəndə həmin işin sonu iflasla bitir.

Yeri gəlmişkən, bir neçə gün əvvəl redaksiyamıza şikayət məktubu daxil olub.

Şikayətçi bildirir ki, Caspian Mobile şirkətindən alınan telefonumu şirkətin servis xidmətinə təmirə apardım: “ İki həftə sonra mənə zəng edib bildirdilər ki, telefon dəyişdiriləcək. Lakin servis xidmətində telefonu hansı mağazadan aldığımı soruşanda mən bildirdim ki, telefon mənə hədiyyə olunub, hansı mağazadan alındığını bilmirəm. Elə bil servis xidmətinin əlinə göydən fürsət düşdü. Onlar mənə bildirdi ki, belə olan halda telefon dəyişdirilməyəcək”.

Təkcə bu şikayət onu göstərir ki, Araz Mehdiyevin yarıtmaz biznes fəaliyyəti nəticəsində minlərlə müştəri çıxılmaz vəziyyətdə qalıb. Çünki bu yarıtmaz fəaliyyətin nəticəsi olaraq son 2 ayda şirkətlər bağlanıb və indi də Araz Mehdiyevə məxsus şirkətlərin təmsilçiləri vaxtı ilə müştəriyə satdıqları telefonu dəyişdirməkdən boyun qaçırırlar.

Yuxarıda qeyd etdiyimiz müştəri agentliyimiz vasitəsilə Araz Mehdiyevdən soruşur: “ Cənab monopolist! Vaxtı ilə ölkənin monopolisti olaraq 100 manatlıq telefonları 400 manata gətirib vətəndaşlara sata bilirdin və həmin biznesdən miliyonlarla qazanc əldə etmisən. Ancaq indi mənə 4 dəfə baha satdığın telefonun təmirə getmədiyini və dəyişdirilməli olduğunu biləndə, məsuliyyətdən boyun qaçırırsan”.

Redaksiyadan: Görəsən Araz Mehdiyevin vətandaşların başına açdığı bu oyunlara görə kim cavab verməlidir..? Nə vaxtadək professor İlham Rəhimova görə, onun törətdiyi əməllərə göz yumulacaq..?

Məlumat üçün bildiriək ki, Araz Mehdiyev Baktel şirkətinə keçmiş daxili işlər naziri mərhum Məhəmməd Əsədovun oğlu Rasim Əsədovla şərikdir. Baktel şirkəti Azercell şirkətinin distrübüterlərindən biridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.