İftar adı ilə cib soyan "Günaydın" restoranı

14-07-2015, 11:16           
İftar adı ilə cib soyan "Günaydın" restoranı
Son zamanlar vətəndaşlar qarşılaşdığı problemləri facebook vasitəsilə ictimailəşdirirlər. Bu artıq reallığa çevrilib. Bu gün Ugurlu Sharifov adlı facebook istifadəçinin öz səhifəsində paylaşdığı maraqlı bir məlumat diqqətimizi çəkdi.Qafqaz Xəbər Agentliyi olaraq vətəndaşın həmin paylaşmasını sizlərə çatdırırıq.

Doymaq, yoxsa dadmaq..? Yaxud iftar qonaqlığı neçəyədi?

“İki gün əvvəl “Günaydın” restoranında iftarda oldum. Dəvət edən 3 nəfər üçün 120 manat ödəyəndə təəccüblə ofisianta döndüm, o da “bizdə iftar adambaşına 40 manatadır” dedi. Nə yediyimizi yazmayım, amma, tam səmimi deyim ki, əl vurmadığımız broyler toyuğunun kababı, xırda-xırda lazımsız və oruc tutan adamın mədəsi üçün arzuolunmaz 10 ədəd müxtəlif desert də daxil olmaqla 3 nəfərlik bu yeməyin cəmi maya dəyəri ən çoxu 20-25 manat arasında olardı.

Burdakı qiymət -xidmət nisbəti bəyənmədiyimiz toy masasını da arxada qoyur. Dəvət edən dost mənə baxıb “ Qardaş, fikir vermə biz bura onsuz da doymağa yox, dadmağa gəlmişik” – dedi. Yaxşı, razıyam, amma, dadmağın qiyməti belə isə o zaman doymağın qiyməti necə olacaq !!? İsrafçılıq günahdırsa iftardakı israfçılığın adını nə qoyaq !!? Bu qiymətə iftar, iftar sayıla bilərmi ? Bütün günü tutulan oruc hesabına yaranan qəlb rahatlığını sonda yeyilən yeməyə görə itirmək olarmı???”. Vətəndaşın bu haqlı narazılığını biz də dərc eləmək qərarına gəldik. Düşünürəm ki, bu kimi restoranlar Ramazan ayından yararlanmaq istəyirlər, iftar vermək adı ilə vətəndaşları soyurlar. Bu isə nə mübarək dinizmizə, nə də insanlığa yaraşan hal deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.