Cavid Qurbanovun 24 saylı Salyan Rels Qaynaqlama Qatarı İdarəsində talan

14-07-2015, 12:25           
Cavid Qurbanovun 24 saylı Salyan Rels Qaynaqlama Qatarı İdarəsində talan
“Azərdəmiryol Servis” MMC-in tabeliyində fəaliyyət göstərən 24 saylı Salyan Rels Qaynaqlama Qatarı müəssisəsi 1961-ci ildə yaradılıb və uzunölçülü relslərin hazırlanması təmayüllüdür. Zamanında Zaqafqaziya dəmir yolu üçün strateji əhəmiyyət daşıyıb. İndi müstəqil Azərbaycanın dəmir yolu nəqliyyatı üçün bu missiyanı həyata keçirir.

24 saylı Salyan Rels Qaynaqlama Qatarının fəaliyyət tarixində ən yeni mərhələ son illərdə başlayıb. Məhz bu illər ərzində müəssisə özünün yeni inkişaf dövrünü yaşayır. Bununla belə, daxil olan məlumatlarda 24 saylı Salyan Rels Qaynaqlama Qatarı ilə bərabər müəssisənin rəisi Xeyrulla Əliyevin də son vaxtlar “çiçəklənmə dövrü” yaşadığı xüsusilə vurğulanır. Məlumatlarda qeyd olunur ki, 24 saylı Salyan Rels Qaynaqlama Qatarının tabe olduğu “Azərdəmiryol Servis” MMC dövlət üçün strateji əhəmiyyət kəsb edən bir çox dəmiryol xəttlərinin tikintisini həyata keçirir.

Lakin müxtəlif layihələrə milyonlarla manat pul xərclənsə də, əldə olunan nəticələr bir çox hallarda gözlənilənlərdən xeyli aşağı olur. Mənbənin dediyinə görə, bunun bir sıra səbəbləri vardır ki, bunlardan da biri məhz 24 saylı Salyan Rels Qaynaqlama Qatarı tərəfindən qarşıya qoyulan tapşırıqların vaxtında yerinə yetirilməməsidir. Habelə daxil olan məlumatlarda bildirilir ki, müəssisənin rəhbərliyi öz fəaliyyətində bəzi saxtakarlıq və qanun pozuntularına yol verməkdədir. Mənbələrin iddialarına görə bu müəssisənin ştat cədvəlində adları qeydə alınan işçilərin böyük bir hissəsi ümumiyyətlə mövcud deyillər. Başqa sözlə desək, bunlar sadəcə olaraq “ölü canlar”dır. Bu kabus işçilərin adlarına yazılan əmək haqları isə rəhbərlik tərəfindən mənimsənilir. Digər tərəfdən isə ölkə mətbuatında “Azərdəmiryol Servis” MMC-nin direktoru Ələşrəf Lütfəlibəyov da öz fəaliyyətində bir cıra qanun pozuntularına yol verməkdə ittiham olunur. Bildirilir ki, MMC tərəfindən həyata keçirilən tikinti işləri zamanıkülli-miqdarda büdcə vəsaitlərinin mənimsənilməsinə yol verilir. Həm də açıqlamalarda vurğulanır ki, bir çox maxinasiyaların həyata keçirilməsində “Azərdəmiryol Servis” MMC-nin rəhbərliyi məhz 24 saylı Salyan Rels Qaynaqlama Qatarı müəssisəsinin rəisi Xeyrulla Əliyevin xidmətlərindən yararlanır.

Mənbələr bu xüsusda olduqca maraqlı bir faktı vurğulayırlar. Bildirilir ki, bir müddət bundan əvvəl müəssisənin rəisi Xeyrulla Əliyev yaşı ilə əlaqədar təqaüdə çıxmışdır. Lakin onun müxtəlif maxinasiyaların reallaşdırılması yönümündə “Azərdəmiryol Servis” MMC-nin rəhbərliyinə göstərdiyi xidmətlər o dərəcədə “qiymətli” olub ki, Ələşrəf Lütfəlibəyov 24 saylı Salyan Rels Qaynaqlama Qatarının rəhbərliyinə başqa bir şəxsin gətirilməyəcəyinə qərar verib. Bundan sonra müəssisənin rəisi vəzifəsinə Xeyrulla Əliyevin oğlu İlqar Əliyev təyin olunub. Faktiki olaraq isə müəssisə bu gün də məhz Xeyrulla Əliyev tərəfindən idarə olunur. Əlbəttə ki, bəzən əvəzolunmaz kadrlara istənilən sahədə rast gəlmək olur. Məlumatları təqdim edən mənbə də iddia edir ki, Xeyrulla müəllim “Azərdəmiryol Servis” MMC-də müxtəlif maliyyə maxinasiyalarının həyata keçirilməsində “əvəzsiz” kadrlardan biri, bəlkə də birincisidir...

Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.