Azərbaycan iqtisadiyyatının inhisar kralı Vüsal Novruzov

14-07-2015, 14:42           
Azərbaycan iqtisadiyyatının inhisar kralı Vüsal Novruzov
Bakı Gömrük İdarəsinin şefi ilə bağlı yeni şok məlumatlar

Azərbaycan iqtisadiyyatında məmur hegemonluğu, biznes sahələrinin oliqarxların monopoliyasında saxlanması haqda mediada dəfələrlə yazılıb. Bu monopoliyanın keşikçiki rolunda isə gömrük və vergi sistemi çıxış edir. Bu sırada sözügedən dövlət qurumlarının təmsilçilərinin qanunsuz fəaliiyəəti xüsusilə diqqət çəkir. Redaksiyamıza Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla bağlı yeni məlumatlar daxil olub. Qeyd edək ki, biz, daha əvvələr də V.Novruzovun fəaliyyəti ilə bağlı dəfələrlə yazmışıq. Bu yazı da həmin mövzuların davamı kimi qəbul edilə bilər.

Monopoliyalar kralı

Araşdırmalara görə, uzun müddətdir gömrük sistemində milyonların içində oynayan sözügedən şəxsin nəzarətindəki monopoliyaların da sayı çox imiş. Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Vüsal Novruzovun nəzarətində mərmər biznesi, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsi üçün nəzərdə tutulmuş «Aqroazerinvest» şirkəti, habelə daha bir neçə iri biznes sahələri var. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Vüsal Novruzovun nəzarətində daha bir monpoliya da varmış. Və hər nə qədər qəribə olsa da, bu dekorativ ağac biznesini əhatə edir. Baş verənlərlə bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbə bildirir ki, son illərin ən populyar bizneslərindən biri olan dekorativ ağac alveri tikilən parkları və ayrı-ayrı fərdlərin həyətlərini əhatə edir. Belə ki, bu ağacları ya dövlət büdcəsindən ayrılan pullarla, ya da fərdi şəxslərin ödədiyi məbləğlərlə əldə etmək mümkündür. Təkcə Palma ağacının şitilinin 400 dollar olduğunu nəzərə alsaq, bir parkda yüz minlərlə manat pulun necə silindiyinə şahidlik edə bilərik. Təbii ki, büdcədən pulları əldə etmək üçün optimal yol kimi düşünülmüş bu biznes növü Vüsal Novruzovun işinə çox yarayır. İddialara görə, hər il bu biznes növündən Bakı Gömrüyünün rəisi milyonlarla manat gəlir əldə edir.

Sement monopoliyası

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, V.Novruzov ölkədəki sement satışını monopoliyasına alıb. Özü də o, bu işdə tək deyil. Onun bu işdəki əsas şəriki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevdir. O.Hacıyev V.Novruzovla birgə qurduğu “Babək-97” şirkəti vasitəsilə ölkədə sement satışını demək olar ki, tam mənada inhisara almağa başladı. Məsələ ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırma zamanı məlum olub ki, respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Firmanın anbarları və ofisi Keşlə yük stansiyasının içərisində yerləşir. Ofisdə oturanlar isə O.Hacıyev və V.Novruzovun yaxın qohumlarıdır. Qeyd edək ki, respublikaya ayda 50 min ton sement idxal edən “Babək-97” firmasının əlavə müştəriyə ehtiyacı yoxdu. Firmanın ölkəyə gətirdiyi bütün sementlər dövlətin maliyyələşdirdiyi tikintilərdə – ölkənin müxtəlif bölgələrində baş vermiş fövqəladə hallar zamanı həyata keçirilən inşaatlarda istifadə olunur.

Bakı Gömrük İdarəsində vətəndaşları formada yox, Polad Ələmdarın kostyumunda qəbul edən V.Novruzov isə ölkəyə bir kisə belə, sement gətirmək istəyən biznesmenlərə bunun mümkünsüzlüyünü deyir. O, hətta bildirir ki, ölkəyə sementi O.Hacıyevlə şərikli olaraq, yalnız onlar gətirə bilər. Başqa şəxslərin sement idxalı qadağandır. Burada belə bir sual da yaranır ki, niyə başqa sahibkar ölkəyə sement gətirə bilmir?

Çünki ölkəyə gətirilən sementin markasını və keyfiyyət rəyini də elə FHN-nin tabeçiliyində olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktoru Rüstam Bağırov verir. V.Novruzov-O.Hacıyev cütlüyünün razılığı olmadan ölkəyə sement idxal edən tapılarsa həmin sementin nümunələrini S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna göndərilir. İnstitutun direktoru Rüstəm Bağırov isə rəhbərlərinin – O.Hacıyev və V.Novruzovun tapşırığı ilə tərtib etdiyi rəydə yazır ki, ölkəyə gətirilən əslində sement yox, eləcə qum imiş.

Tələbani ilə konflikt

Sement dəmiryolu ilə gəldiyinə görə bir müddət Vüsal Novruzovun yanında Dəmir Yolu İdarəsinin işçisi Əlisəfa Əliyev gəzirdi: «Lakin sonradan Bakı Baş Gömrük İdarəsinin rəisi öz işçisi Faiq Sadıqovun vasitəsilə Əlisəfa Əliyevin Səməd Vurğun küçəsi 116 unvanında yerləşən zirzəmidəki kafeni alıb birincinin adına keçirəndə onlar düşmən oldular. Bundan başqa, Faiq Sadıqov Əlisəfa Əliyevin qardaşı, Dəmir Yolu İdarəsində mühüm vəzifə tutan Yaşar Əliyevlə görüşdə Əlisəfa Əliyevin guya onlara külli miqdarda borcu olduğunu söyləyib. Qeyd edim ki, Faiq Sadiqov sement monopoliyasının hesabatını aparsa da, onun adı Bakı Baş Gömrük İdarəsinin deklorasiya şöbəsində gedir». Son zamanlar Əlisəfa Əliyevlə Vüsal Novruzov arasında ciddi konfliktin yaşandığını vurğulayan mənbənin sözlərinə görə, Keşlə Yük Stansiyasının rəisi Tələbani Tahirovun da Bakı Baş Gömrük İdarəsinin rəisinə münasibəti olduqca mənfidir: «Nəzərinizə çatdırım ki, hazırda Bakı Baş Gömrük İdarəsində sözün həqiqi mənasında talançılıq hökm sürür. Belə ki, sahibkarlardan tələb olunan «haqq»ın miqdarı rəsmi rüsumlardan 2-3 dəfə çox olur. Əsasən də İrandan gətirilən mərmər daşına görə alınan «rüsum»un qiyməti bir neçə dəfə artırılıb. Qeyd edim ki, bu gün ölkəyə mərmər daşı daha çox İrandan gətirilir. Gətirilən daşın hər tonuna görə 280 manat rüsum alınır. Bundan əlavə, daha 700 manat, 500 manat və 100 manat pul tələb olunur. Sonuncu 100 manat isə alınan «yeni rüsum»dur və bunun Bakı Gömrük İdarəsində də nə üçün alındığı bilinmir. Həmin pulları isə Bakı Baş Gömrük İdarəsinin maliyyə idarəsinin rəhbəri İbrahim adlı şəxs alır».

Media “dostluğu”ndan götürülən qazanc

Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla bağlı cumhuriyyet.az-a daxil olan digər bir məlumatda göstərilir ki, o korrupsiya əməllərinin ictimailəşməsinin qarşısını almaq üçün Vüsal Novruzov əsasən müxalifətçi yurnalislərlə iş birliyi qurub. Mənbə deyir ki, həmin jurnalistlərdən biri MTN-lə, bir neçəsi isə DİN-lə yaxın təmasada olan şəxslərdir. Demək məsələlər elədə nəzarətsiz deyil. Vüsal Novruzov bütün bu oyunda kiçik fiqur kimi deyilsədə, bəs görəsən o gizli əl kimdir? Adı gömrük işlərində hər zaman rüşvətdə hallanan Novruzov mətbuta ayrılan pullara da (korrupsiya ilə məşğul olan dairələrdə buna “otkat” deyirlər) şərik olub. Yəni, qeyri-rəsmi holdinq rəhbərinə 320 min manata imza atdırırdısa ,ordan da özü üçün “otkat” istəyib. Holdinq rəhbəri də fikirləşir ki, maliyyəşmə dayansa, o birbaşa Vüsal Novruzovun yuxarıdakı havadarı ilə görüşərək Vüsal Novruzovun “otkat” əməliyyatından xəbər verməli olacaq. Yəni bir sözlə Bakı Gömrüyünün şefi Vüsal Novruzovun gözü heç cürə doymur. Redaksiyamızı bilgiləndirən mənbə onuda qeyid etdi ki, V.Novruzov yeni yaranmış dövlətçiliyimizə qarşı gizli şəkildə müharibə elan edən qara qüvvələrlə də əlbirdir. Mənbə bizə əminliklə bildirdi ki, hakimiyyətdaxilində planlaşdırılan kadr islahatlarından sonra V.Novruzov Dövlət Gömrük idarəsinin rəisi təyin ediləcək. Çünki son zamanlar Novruzov tərəfindən satın alınan qəzet və sayt rəhbərlərilə danışıqlar buna subutdur. Bu məsələ ilə bağlı çox ciddi məlumatlar araşdırılır və yaxın zamanlarda bütün təfsilatlar saytımızda dərc ediləcək. Bizi izləyin.

Tiflis müəmması…

Daxil olan məlumatlarda o da deyilir ki, Vüsal Novruzovun idxal-ixrac əməliyyatlarında bütün təşəbbüsləri ələ alması heç də dövlətə yardımçı olmaq deyil. Əksinə, onun daha çox pul qazanmaq həvəsindən irəli gəlir. Bəzi iddialara görə, Novruzov bəzi zərərli işlərə də qoşulub. Elə buna görədir ki, onu mütəmadi olaraq Gürcüstanda görürlər. Onun Tiflisdəki məşhur kozinolarda peyda olmasının isə heç də ucuza başa gəlmədiyi söylənilir.

Onu da bildirək ki, verilən məlumatla bununla bitmir. Vüsal Novruzovunun “Mərmər” əməliyyatı və Tiflis məcaraları ilə bağlı yaxın günlərdə çox maraqlı məlumatları oxucuların diqqətinə çatdıracağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.