Nərimanov bələdiyyəsi öz ərazisinin zəbt olunmasını bilmir..?(FOTOLAR)
14-07-2015, 15:00

6 iyulda qafqaznews.org saytında “Nərimanov RPİ-nin rəisi İsmayıl Əsədov: “Günahkarlar cəzalandırılacaq” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın sakinləri yaşadıqları binanın həyətində baş verən özbaşınalıqdan qurtulmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısından kömək istəyirdi.
Sakinlər öz müraciətlərində qeyd edirdilər ki, binanın üç nəfər sakini məhəllədə asfaltı deşərək öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazini özününküləşdiriblər. Bir sözlə, icra nümayəndəsindən, yaxud bələdiyyədən icazə almadan məhəllənin həyətində qanunsuz yer zəbt edərək özləri üçün “avtopark” yaradıblar. Həmin şəxslərin kimliyi ilə bağlı da sakinlər məlumat verib. Sakinlərin dediyinə görə 90-CP-059 dövlət qeydiyyatı olan Toyota Camry avtomobilin sahibi Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı olub. Digər 90-RE- 987 Toyota Prado avtomobilin sahibinin Samir adlı həkim olduğunu bildirdilər.







