Qəbələ Gömrük postu rəisini var dövləti mənbəyi hardandır?

15-07-2015, 15:44           
Qəbələ Gömrük postu rəisini var dövləti mənbəyi hardandır?
teref.aznun müxbirinin Qəbələ şəhərində apardığı araşdırmalar davam edir!
“İlk İnşaat” və Qəbələ Gömrük postu rəisi arasındakı sıcaq münasibətləri ,gizli anlaşmaları araşdırarkən Gömrük Postu rəisi Vüqar Qismətovla bağlı xeyli maraqlı məlumatlar da əldə etdik. Məlum oldu ki, bu adam uzun müddətdir ki, Qəbələdə fəaliyyət göstərmiş Türkiyə şirkətləri ilə qanundan kənar sövdələşmələr aparırmış.Türkiyədən gələn yük maşınlarında gömrükdənkənar məişət avadanlıqları,mebel və sairlərin gətirilməsini təşkil edirmiş. Bu yolla xeyli sərvət də əldə etmişdir.Təkcə Qəbələdə 5 ayrı yerdə villa sahibidir. Ağdaş rayonunda 50 hektar əkin sahəsi ,böyük ferması ,mebel satış mağazası,Bakı şəhərində bir neçə yerdə evləri ,satış obyektləri vardır.Doğulduğu kənddə isə müəllimə çalışan anası vasitəsiylə faizə pul verməklə məşğuldurlar. Yəni Vüqar sələmə pul verməyi də tutduğu vəzifəyə ar bilmir. Qardaşı Cəlil də FHN-də çalışdığı halda eyni zamanda tikinti obyektlərində iş icraçılığı edir. Bir sözlə Qəbələ İnşaat obyektlərində “Vüqarın monopoliyası” var deyə bilərik.
“İlk İnşaatda” iş rejimi həm ağır,həm də nizamsızdır.Beləki ay ərzində cəmi iki bazar günü istirahətə icazə verilir.Qalan günlər səhər saat 08-00 –dan axşam saat 19-00 kimi iş saatı sayılır. Yerli üzlük daşıyla çalışanların isə (Vüqar və qardaşı Cəlilin işçilərinin) nə iş qeydiyyatı,nə sığortası nə də hər hansı güvəncəsi yoxdur.Baxmayaraq ki, Vüqar işi 120 manat kimi astronomik bir qiymətə alıb,çalışan işçilərin hamısı aldıqları puldan çox narazıdırlar şünki onlara çox az pul ödənir,hamı məcbur qalaraq işlədiyini deyir.Beləki zatən rayonda bu işlər Gömrük postu rəisinin monopoliyasındadır,demək istənilən halda ona işləmək zorundadırlar.
Maaşın az olmasını isə Vüqarın qardaşı Cəlil “yuxarılara haqq vermələri “ ilə izah edir və bu işə adını hallandırmaq istəmədiyimiz bəzi rəhbər işçilərin də ortaqlığını qeyd edir.
Bu arada onu da qeyd edim ki, bu kimi hallara qarşı –vəzifə sahiblərinin vəzifələrindən sui-istifadə etməsi ,kimlərə isə “krışalıq” etməsinin yol verilməz olmasını cənab prezident öz son çıxışlarında dönə-dönə vurğulamışdır :
"Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.Görünür aidiyyətli orqanlar Vüqar kimlərinin hərəkətlərini araşdırmağa hələ vaxt ayıra bilmirlər.
Ardı var












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.