Oqtay Şirəliyevin qulağının dibində özbaşınalıq - Vətəndaşlar soğan kimi soyulurlar

16-07-2015, 16:25           
Oqtay Şirəliyevin qulağının dibində özbaşınalıq - Vətəndaşlar soğan kimi soyulurlar
Bu gün səhiyyə sistemində kifayət qədər problemlər var. Lakin bu problemlərin həlli istiqamətində kifayət qədər addım atılmır. Ona görə də tibb sahəsi günü-gündən geriləməkdədir. İstər özəl xəstəxanalarda, istərsə də dövlət xəstəxanalarında çalışan qeyri-peşəkar həkimlər səhiyyə sisteminin vəziyyətini acınacaqlı duruma salıb. Həkim peşəsinə layiq olmayan hərəkətlərə yol verirlər.

Belə ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasında qanunsuzluqlar yaşanır. Xəstəxananın baş həkimi Sultan Əliyev isə bu qanunsuzluqlara göz yumur. Etibarlı mənbələrin verdiyi məlumata görə, həkimlər xəstələri müəyyən şərtlər daxilində xəstəxanaya qəbul edirlər. Əks halda xəstə ölsə də heç kəs onu qəbul etmir. Verilən məlumata görə, "Semaşko" xəstəxanasında tibbi xidmətlərin qiyməti həddindən artıq yüksəkdir.

Hətta iş o yerə çatıb ki, doğum şöbəsinin girişində xəstəni görmək üçün müxtəlif qiymətlər tələb edilir. Sultan Əliyev vəzifəyə gətiriləndən sonra xəstəxanada durum dözülməz həddə çatıb. Orada çalışanların əksəriyyəti xəstələrə gəlir mənbəyi kimi baxır. Deyilənə görə, baş həkim həkimlərdən nə tələb edirsə, həkimlər də xəstələrdən onu tələb edir. Əks halda həmin xəstəxanada o cür şərtlər altında işləmək dözülməz olardı. Ona görə də tələb nədirsə, həkimlər xəstələrə həmin tələbə uyğun təkliflər irəli sürürlər. Ona görə də 1 saylı Şəhər Kliniki Xəstəxanasında vətəndaşlar soğan kimi soyulurlar.

Bundan başqa, qeysəriyyə əməliyyatı 1000-1500 manata başa gəlir, imkanlı və vəzifəli şəxslər üçün nəzərdə tutulmuş xüsusi VİP palatalardan isə xeyli gəlir götürülür. VİP palataların travmatologiya şöbəsinin ikinci mərtəbəsində yerləşdiyini deyən mənbənin bildirdiyinə görə, həmin otaqlara giriş-çıxış da az qala xüsusi nəzarətə götürülüb. VİP palataların hər cür şəraitlə təmin olunduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, bu cür otaqlarda böyük plazma televizor, ayrıca soyuducu, hər cür rahatlığı olan hamam mövcuddur. Ümumiyyətlə, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan xəstənin taleyini həkimlərin müdaxiləsi deyil, xəstə yaxınlarının maddi durumu həll edir. Belə ki, əgər yaralı xəstənin yanında onun bütün xərclərini qarşılaya biləcək yaxını varsa, o zaman həmin xəstəyə dərhal lazımi tibbi xidmət göstəriləcək. Əks halda xəstə taleyin ümidinə buraxılır. Bu isə sonda acı nəticələrə səbəb olur.

Sözügedən xəstəxanada həkimlərin əksəriyyəti pasiyentlərə səhhətlərində problem olduğuna inandıraraq qeysəriyyə əməliyyatını məsləhət görürlər. Hamıya bəllidir ki, qeysəriyyə əməliyyatı təbii doğuşdan bahadır. Bundan başqa qeysəriyyə əməliyyatına üstünlük verən pasiyentlər sonradan çox əziyyət çəkməli olurlar. Düzdür, bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılmışdı. Belə ki, hər kəs qeysəriyyə əməliyyatına gedə bilməz. Buna ancaq zəruri hallarda yol veriləcək. Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.