Binəqədinin icra başçısı ölkədən qaçıb

19-07-2015, 11:39           

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı məzuniyyət adı ilə ölkəni tərk edib. Hazırda onun ölkəyə nə vaxt qayıdacağı bəlli deyil. Bu barədə istiqlal.az-a Binəqədidəki mənbələrdən məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, Binəqədidəki məlum yanğın hadisəsi ilə bağlı istintaq və hakimiyyətin daxili araşdırmaları cox ciddi faktlar üzə çıxarıb. Onun həmçinin sakinlərdən və iş adamlarından küllü miqdarda "təzminat" yığıması barədə məlumatlar artıq təsdiqini tapıb. Ona ölkədən çıxmaq qeyri-rəsmi qadağan edilsə də, o məzuniyyət bəhanəsi ilə ölkəni tərk edib. Onun bir daha geri dönməyəcəyi ilə bağlı ehtimallar var.

Teüref.info xəbər verir ki,İstiqlal.az yaxın günlərdə Xaləddin İsgəndərovla bağlı konkret qərar verilə biləcəyi ilə bağlı xəbər yaymışdı. Artıq Hesablama Palatası dövlət büdcəsi ilə bağlı problemləri, hüquq-mühafizə orqanları isə qeyri-rəsmi yığımların “dosye”sini Azərbaycan prezidentinin masasının üstünə qoyublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru