Bakıda "Grant Hospital" "qətliamı" davam edir... - xəstə əməliyyat zamanı dünyasını dəyişdi

19-12-2017, 11:49           
Bakıda "Grant Hospital" "qətliamı" davam edir... - xəstə əməliyyat zamanı dünyasını dəyişdi
Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə paytaxtda fəaliyyət göstərən "Grant Hospital"da baş verib. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib.

Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən gün Bakıda "MedEra" hospitalında 1977-cü il təvəllüdlü Anar Musa oğlu Hümbətov əməliyyat zamanı ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.