Süleyman Mikayılovu o, əvəz edəcək... - İDDİA

28-02-2018, 14:11           
Süleyman Mikayılovu o, əvəz edəcək... - İDDİA
Bir müddət əvvəl Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən alınacağı haqda informasiyanı diqətinizə təqdim etmişdik. Bununla bağlı məlumatda deyilirdi ki, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun himayəsi altında olan Süleyman Mikayılov birdəfəlik olaraq görəvdən alınacaq və onunla bağlı hansısa yeni təyinat qərarı qüvvədə deyil.

DİA.AZ-a verilən son məlumatlardan isə aydın olur ki, artıq Süleyman Mikayılovun yerinə kimin təyin ediləcəyi də bəllidir. Mənbənin söylədikləri: "Başçılığa ən şanslı namizəd uzaqda deyil. Hazırda Qaradağ RİH-də başçının birinci müavini postunu tutur. Süleyman Mikayılovla münasibətləri bir müddət əvvəl də sərinləşib. Söhbət Emil Abbasovdan gedir. Zatən bu vaxta qədər də ictimai-siyasi tədbirlər məhz 1-ci müavinin təşkilatçılığı ilə baş tuturdu. Süleyman Mikayılovun işi yalnız gəlir yerlərinə nəzarət etməkdir".

Mənbə bildirir ki, Qaradağ RİH-də rəhbər dəyişikliyi prezident seçkilərindən sonraya təsadüf edə bilər.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru