Goranboy Rayon Polis Şöbəsində həbslər- MÜLKİ GEYİMLİLƏR BÖLMƏ RƏİSİNİ APARDI (ÖZƏL)

2-03-2018, 09:43           

Dünən Goranboy Rayon Polis Şöbəsində xüsusi əməliyyat keçirilib.

Gununsesi.info-nun hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı rayon polis şöbəsinin bölmə rəisi və daha bir yüksək vəzifəli zabit həbs olunub.

Polis zabitlərinin hansı qurum tərəfindən həbs edildiyi, həmçinin həbsin səbəbləri gizli saxlanır. Lakin Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin rəhbərliyindəki xüsusi qrup Goranboy Rayon Polis Şöbəsində olub. Şöbədə qapalı iclas keçirilib.

Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini Rasim Əmirov Gununsesi.info-nun sorğusuna cavab olaraq bu barədə heç bir açıqlama verə bilməyəcəyini söylədi və Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə etdi.

Lakin xəbər gecə saatlarında redaksiyamıza daxil olduğu üçün nazirliyin mövqeyini öyrənə bilmədik. Mövzuya qayıdacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru