Aqil Abbas: “Kitab mağazaları bağlanıb, yerində ət satılır”
1-02-2019, 20:18
Kəndlərdə kitabxana qalmayıb. Elektron kitabxanaya kim gedəcək? Mən buna inanmıram. Evdə telefonu, komputeri olan elə kitabxanaya getməz. Kitab nəfəsdir, sevdiyin qız kimidir, gözəllikdir. Kitabı sinənin üstünə qoyursan, istiliyini alırsan, oxuyursan. Elektron kitab oxumaq əlehqaz geyinib qızılgül iyləmək kimi bir şeydir”. Teref.az Report-a istinadən xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, rayonlarda kitabxanaların sayı artırılmalıdır: “Kitab mağazaları da bağlanıb, yerində ət satılır. Kitab istəyən haradan almalıdır? Vaxtilə Ağcəbədidə atamın hesabına kitabxana tikdirmişəm, qarşısına da Füzulinin büstünü qoymuşam, bu gün də fəaliyyət göstərir. İmkanlı şəxslərdən, deputatlardan xahiş edirəm ki, hərə öz kəndində kitabxana tikdirsin. Restoran tikdirirlər, özləri bilərlər, nə olardı ki kitabxana da tikdirəydilər”.