“Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik olan ölkədir”

11-02-2019, 11:42           
“Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik olan ölkədir”
“Ermənistan və Gürcüstan su ehtiyatlarına görə bizdən qat-qat üstündür. Bizdə cəmi su etiyatlarımız 30 faizdir”.

Moderator.az xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun prezidenti, keçmiş millət vəkili Əlimməmməd Nuriyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ərsəyə gətirdiyi “Su-müharibə maşını” sənədli filminin təqdimatında deyib:

“Təbii sərvətlər haqqında həmişə mübarizə aparılıb, amma son illər su qədər uğurunda mübarizə aparılan təbii sərvət yoxdur. Qədim zamanlarda da müxtəlif ölkələrdə suyla bağlı mübarizələr olub. İndi artıq bu, qlobal məsələyə çatıb. Su mənbələri uğurunda yaxın Şərqdə və Cənubi Qafqazda mübarizə gedir. Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik olan ölkədir. Ermənistan və Gürcüstan su ehtiyatlarına görə bizdən qat-qat üstündür. Bizim cəmi su etiyatlarımız 30 faizdir. Azərbaycana su ehtiyatlarının mənbəyi başqa ölkələrdən gəlir. Eyni zamanda, iqlim dəyişikliyi nəticəsində Azərbaycanda Qafqaz dağlarında buzlaqların 25 faizi əriyib. Biz bu yaxında Xaçmaz və Quba bölgəsində suyla bağlı tədqiqatlar apardıq və gördük ki, ciddi problemlər var. Azərbaycan ərzisinin böyük hissəsi suvarılan torpaqlardır. Bu da su ehtiyatlarından səmərəli istifadə etməyi zəruri edir və eyni zamanda düşünmək lazımdır ki, daha uğurlu üsullar tapaq. Dünyanın müxtəlif ölkələrində metodlar var. Damcı metodundan İsrail çox geniş istifadə edir. Bizdə də bu var, amma genişləndirilməlidir. Amma öz ölkəmizin daxilində olan Sərsəng su anbarından biz su ala bilmirik. Yay aylarında Aran Qarabağda hər şey susuzluğa görə quruyur. Filmin bu mövzuda çox böyük əhəmiyyəti var. Su uğurunda işimizi davam etdirməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.