“Rusiya işğal altında olan torpaqlarımızın azad olunmasında maraqlı deyil” - deputat

18-02-2019, 18:02           
“Rusiya işğal altında olan torpaqlarımızın azad olunmasında maraqlı deyil” - deputat
“Əslində Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılsa da, lakin bu son anda baş tutumadı. Mənim düşüncəmə görə, bu görüşün baş tutumamasının səbəkarı Rusiya xarici işlər naziri Sergey Lavrovdur”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, Sergey Lavrovla erməni nazir Zöhrab Mnatasakanyan arasında görüşdən sonra, İrəvan tərəfi Azərbaycan xarici işlər naziri ilə görüşün keçirilməsi üçün hər hansı zərurətin olmadığını bəyan etdi.

“Qarşı tərəf yenə də erməni hiyləgərliyinə sadiq qalaraq özünəməxusu variantlardan istifadə edərək danışıqlardan boyun qaçırdı. Halbuki bundan öncəki görüşlər çox səmərəli olmuşdu və nazirlər nikbinverici bəyantalarla çıxış etmişdilər, hətta xalqların sülhə hazırlıq istiqamətində fikirləri də ortaya atılmışdı. Lakin görünən budur ki, Rusiya danışıqların bu istiqamətdə davam etməsində maraqlı deyil”, - deputat F.Ağamalı vurğulayıb.
Millət vəkilinin fikrincə, çıxarılan nəticə bundan ibarətdir ki, Rusiya maraqlı olmadığı üçün də danışqıalr prosesini pozdu.
“Belə demək mümkünsə Rusiya Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında maraqlı görünmür. Rusiyadan fərqli olaraq Qərb, xüsusən də ABŞ Qarabağ münaqişəsinin tezliklə həllidnə maraqlıdır. İstər Trampın tərəflərə ünvanladığı məktublarda, istərsə də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonon bölgəyə səfəri, həmçinin sonradan hər iki dövlət lideri ilə telefon danışığı bu deyilənlərin bariz göstəricisidir. Çünki Qərb ölkələri Azərbaycanda irihəcmli investisiya qoyublar və onlar bölgədə müharibənin alovlanmasında maraqlı deyil. Onlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır. Qərb bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu yaxşı görür və anlayır. Lakin Minsk qrupunun həmsədri, bölgədə, xüsusən də Ermənistana böyük təsir imkanları olan Rusiya bunda maraqlı görünmür”- deputat qeyd edib.

F.Ağamalı hesab edir ki, bunun səbəbi ABŞ-la Rusiya arasındakı gərginlikdir: “ABŞ-la Rusiya arasındakı böhranlı durum Qarabağ münaqişəsinin həllinə öz mənfi təsirini göstərir”.

Millət vəkili çıxış yolu kimi Silahlı Qüvvələrimizi hərkətə gətirərək topraqlarımızı işağaldan azad etməkdə görür:

“Çünki Ermənistan rəhbərliyi, xüsusən də Nikol Paşinyan özündə cəsarət tapıb öz xalqının, dövlətinin üzləşdiyi böhrandan çıxarmaq gücündə deyil. Buna baxmayaraq Paşinyan Ermənistanın bu gün üzləşdiyi böhranın səbəblərini yaxşı anlayır. Bilir ki, nə qədər Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməyib, Ermənistanın üzləşdiyi ağır durumdan çıxmaq şansı yoxdur. O yaxşı anlayır ki, Ermənistanın nicatı Azərbaycan və Türkiyə ilə yüksəksəviyyəli münasibətlərin quurlmasından keçir. Bunun üçün də işğalçılıq siyasətinə son qoymalıdır. Ancaq Rusiyadan qorxur. Ona görə də cəsarət etmir. Bilir ki, belə bir addım atarsa, müəllimi Ter-Pertosyanın acı taleyini yaşayar. Onu da yaxşı bilıir ki, Ter-Petrosyan heş olmazsa canını qurtardı, amma bu canını da qurtara bilməz. Onun başına gələn hadisənin daah pis forması bunun başına gələr.

O baxımdan da gözləməyə dəyməz. Gözləməyə dəyməz ki, nə vaxt Ermənistan özündə iradə tapacaq və ya beynəlxalq aləm İrəvana təzyiq edib güzəştə vadar edəcək… Bəlkə bu illər çəkəcək. İndi Azərbaycan gözləməlidir ki, nə zaman beynəlxalq aləm və Ermənistan razılaşacaq. Gözləmək bizim maraqlarımıza cavab vermir. Biz yaranmış münbit şəraitdən yararlanıb torpalaqımızı güc yolu ilə azad etməliyik. Bunun üçün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də hüquqi əsas yaradır. Azəbaycan bu sənədlərə əsaslanaraq ərazi bütövlüyünü təmin etmək istiqamətində hərəkətə keçməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.