“Onlar müharibəyə xilas yolu kimi baxır, amma yanılırlar” "Peşman olacaqlar!"

30-07-2020, 00:00           
“Onlar müharibəyə xilas yolu kimi baxır, amma yanılırlar” "Peşman olacaqlar!"
Tofiq Abbasov: “Müharibənin başlaması ilə Ermənistanın peşman olması çox çəkməyəcək”

“Paşinyan hökumətimüharibəyə xilas yolu kimi baxır. Hesab edir ki, müharibə bütün diqqəti daxiliproblemlərdən yayındıracaq, hər kəsin diqqətini cəbhə bölgəsinə yönəldəcək”.

Bunu Moderator.az-aaçıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspertin sözlərinə görə, İrəvanhərbi qarşıdurmaya daxili probemlərdən müvəqqəti xilas yolu kimi baxsa da, dahaciddi problemlərlə qarşılaşacağının fərqində deyil:

“Paşinyan hökuməti hesabedir ki, müharibə Ermənistanın ağır iqtisadi-sosial durumuna da haqqqazandıracaq. Hökumət iddia edəcək ki, Ermənistandakı ağır sosial-iqtisadiduruma səbəb müharibədir. Ən əsası, Paşinyan hökuməti istəyir ki, müharibəbaşlasın və Azərbaycan müharibə əsnasında Ermənistan daxilinə zərbə endirsin. Bununlada İrəvanın əlində KTMT-ə müraicət üçün ciddi əsas olsun. Lakin Tovuz olaylarıErmənistanın bütün bu ümidlərini puça çıxardı. Buna baxmayaraq, Ermənistan bugün də yeni təxribatlara meyillidir və bu səbəbdən deyə bilərik ki, havadanmüharibə iyi gəlir. Ancaq Ermənistan bu məsələdə də ciddi şəkildə yanılır. Əgərmüharibə başlasa, bu, Ermənistanın ağır məğlubiyyəti ilə nəticələnəcək. ÇünkiAzərbaycan ordusunun istər raket texnologiyası, istər maddi-texniki təchizat,istərsə də peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün vəziyyətdəodluğu hər kəsə məlumdur. Odur ki, müharibənin başlaması ilə Ermənistanınpeşman olması çox çəkməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.