Parlamentdə işə düzəlməklə bağlı YENİLİK

17-09-2020, 10:30           
Parlamentdə işə düzəlməklə bağlı YENİLİK
“Milli Məclisin Aparatında inqilabi dəyişikliklər baş verdi”.

paralel.az-ın müxbiri xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iclasında deyib.

O bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamları və apardığı islahatlarla parlamentin Aparatında və İşlər İdarəsində sistemlilik mövcuddur.

Z.Oruc qeyd edib ki, Milli Məclisə işə düzəlməklə bağlı da yeniliklər mövcuddur.

“Artıq kiminsə qəyyumluğu ilə parlamentə işə düzəlmək ənənəsi yoxdur”, - deyə Z.Oruc əlavə edib.

Deputat qeyd edib ki, Milli Məclisin Aparatının və İşlər İdarəsinin əsasnaməsi hazırlanıb və deputatlara paylanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru