Laçının kəndindəki erməni snayper qarı "BURALAR ƏCDADLARIMIZIN TORPAQLARIDIR" dedi...-VİDEO

30-12-2020, 11:48           
Laçının kəndindəki  erməni snayper qarıAmerikanın müstəqil jurnalisti sayılan, əslində isə ermənipərəst Rusiya jurnalisti Semyon Peqovun yolunu gedən Patrik Lankaster 10 Noyabr razılaşmasına rəğmən Laçın rayonunun dinc(?) ermənilərin qanunsuz məskunlaşdıqları Zabux kəndindən növbəti reportaj hazırlayıb.

Moderator.az xəbər verir ki, əcnəbi jurnalist video-reportajını “You Tube” kanalında yerləşdirib.

Reportajda Zabux kəndində sülənən erməni snayper qarı 63 yaşlı Karine Aqikyandan bəhs edilir. 1992-ci ildə Laçının işğalından sonra Ermənistandan köçüb burada yaşayan K.Aqikyan artıq 3-cü Qarabağ müharibəsində könüllü şəkildə vuruşduğunu deyir. O, Aprel döyüşlərində də iştirak edib. 44 günlük son savaşda isə Cəbrayılda döyüşüb. 1990-cı illərdən bəri Qarabağdakı müharibələrdə tibb bacısı, avtomatçı, snayper, qumbaraatan kimi iştirak edib. Müharibə olmayan illərdə isə Zabuxdakı məktəbdə erməni uşaqlara hərbi hazırlıq dərsi keçib. Müharibələrdə fəal iştirak etdiyinə görə ona medallar veirlib. Müxbirin “Neçə azərbaycanlı öldürmüsən?” sualına erməni harsın gülə-gülə “Saymamışam” cavabını verir...

Evdəki görüntülənməyən digər eməni qadının Azərbaycana qarşı döyüşmüş və bəzi suallardan özünü itirən K.Aqikyana tez-tez nələrisə deməyi başa saldığı da eşidilir...

Erməni qarının sözlərinə görə, əcdadları Türkiyənin Van vilayətindəndir. Hazırda Türkiyədə qohumları yaşayır...

O deyir: “Biz 10 noyabr gecəsi hamımız mövqelərdə ağladıq. Öncə Levon, sonra Sərkis, Köçəryan, sonda isə Paşinyan torpaqlarımızı satdılar. Bütün bu torpaqlarda bizim əcdadlarımız yaşayıblar... Hazırda kənddən 3 km yuxarıda və 3 km aşağıda Azərbaycan əsgərləri varr. Ancaq onlar buraya gəlmir...”

“Maraqlı müsahibə idi. Bu, əsl müharibə qəhrəmanıdır. Xahiş edirəm, layk edin. Mən yalnız izləyicilərimin hesabına pul qazanıram...” -deyərək reportajı bitirən ingilis jurnalist saxtakar, yalançı, terrorçu və işğalçı erməniləri təbliğ etmək hesabına pul qazandığını etiraf edir.

Sultan Laçın













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.